Sergey Yuran: “Bu, jurnalistlərin uydurmasıdır”

19.06.2012 | 4248 dəfə oxunub

“Simurq”un sabiq baş məşqçisi Sergey Yuranın müsahibəsi

- Sizcə, Portuqaliyanın Hollandiya üzərində qazandığı qələbə qanunauyğun idi?

- Adlara görə Paulu Bentunun komandası rəqibinə uduzurdu. Amma Portuqaliya millisi istək və göstərdikləri fəallıqla rəqibini üstələdi. Bizim milli kimi hollandların da uğursuzluğu geridə qalan müddətdə Avropa çempionatının ən böyük sürprizidir. 

- “Zenit”in üzvü Brunu Alveş sizdə necə təəssürat oyatdı?

- Hələ ki qeyri-adi heç nə göstərməyib. Amma inamlı çıxış edir. Təbii ki, ustalıq baxımından o Pepedən geri qalır. Amma öz işini də lazımınca görür. 

- Deyilənə görə, Paulu Bentu futbolçular qarşısında öz nüfuzunu göstərə bilmir. Bu böyük çatışmazlıqdır?

- Belə olduğuna inanmıram. Hələ mən “Benfika”da çıxış edərkən o “Sportinq”də oynayırdı. Artıq həmin vaxt o özünə böyük hörmət qazanmışdı.Təbii ki məşqçi olduqdan sonra da öz nüfuzunu itirdiyinə inanmıram. Məncə, bu jurnalistlərin uydurmasıdır.

- Portuqaliyalılar çexlərdən güclüdürlər?

- Bu haqda heç şübhə də etmirəm. Amma Rusiya millisinin başına gələnlər göstərir ki, favorit olmaq hələ uğura təminat vermir. Bununla belə, Portuqaliya millisinin daha güclü olduğunu hesab edirəm. 

- Ümumiyyətlə, bu turnirdə Portuqaliya millisindən nə gözləmək olar?

- Onlar minimum yarımfinala yüksələcək gücdədirlər. 

“Sport-Ekspress”


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail