“Fransa millisi 1/4 finalda İspaniya ilə qarşılaşmaq istəməzdi”

19.06.2012 | 4439 dəfə oxunub

“Çempionat başlamamışdan öncə bizim qrupdan məhz Fransa ilə İngiltərənin növbəti mərhələyə yüksələcəyini düşünürdüm. Hadisələrin gedişatı da düşüncələrimi təsdiq edir. Çox güman ki, 1/4 finala məzh bu iki komanda vəsiqə qazanacaq”. Stadium.az xəbər verir ki, bu sözləri Fransa milli komandasının qapıçısı Uqo Loris deyib. Təcrübəli qolkiper geridə qalan müddətdə komandasının çıxışından razı qaldığını söyləyib: “Hələlik qitə çempionatındakı çıxışımızdan razıyam. Düzdür, heç bir uğur qazanmamışıq. İndiki halda bütün diqqətimizi İsveçlə oyuna yönəltmişik. Onların turnirdə heç bir iddiaları qalmasa da, bu, heç nəyi dəyişmir. Bizimlə qarşılaşma İsveç üçün son oyun olacaq və onlar turnirlə yaxşı şəkildə vidalaşmaq istəyirlər. Amma biz bu matçda qələbə qazanmaqla 1/4 finala qrup birincisi kimi yüksəlməliyik. Çünki Fransa millisi 1/4 finalda İspaniya ilə qarşılaşmaq istəməzdi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail