“Simurq” hazırlıqlarını davam etdirir

20.06.2012 | 4657 dəfə oxunub

“Simurq” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, artıq komanda təlim-məşq toplanışının birinci hissəsini başa vurmaq üzrədir. İyunun 15-dən bir araya gələn və 16-dan məşqlərə başlayan Zaqatala təmsilçisi gündə iki dəfə olmaqla hazırlıq prosesini davam etdirir. Əsasən fiziki hazırlıq üzərində çalışan Georgi Çixradzenin yetirmələri iyunun 22-dək təlim-məşq toplanışını davam etdirəcək. Bir günlük istirahətdən sonra “Simurq” hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. 

İyulun 6-na qədər Kartepe istirahət zonasında qalacaq komanda burada 3 yoldaşlıq görüşü keçirdəcək. Hələlik rəqiblərin kim olacağı müəyyənləşməsə də, baş məşqçi Georgi Çixradze burada bir çox yerli və legioner futbolçuları baxışdan keçirdəcək. Daha sonra vətənə qayıtmağı planlaşdıran komanda hazırlığın növbəti mərhələsini Zaqatalada davam etdirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail