Kollina: “Hakimlərin Avropa çempionatındakı işindən razıyıq

21.06.2012 | 3998 dəfə oxunub

“Turnirdən öncə biz təkcə əsas hakimlərin deyil, referi yardımçılarının da hazırlığını yüksəltməyə çalışdıq. Çünki müasir futbolda oyundankənar vəziyyətlər böyük rol oynamağa başlayıb”. Stadium.az xəbər verir ki, bu sözləri UEFA Hakimlər Komitəsinin başçısı Pyerluici Kollina deyib. Ötənlərin məşhur hakimi ədalət qoruyucularının işindən razı olduqlarını bildirib: “Bilirəm ki, hamını gördüyümüz işin nəticəsi maraqlandırır. Biz oyunçuların arasındakı məsafənin 1 metrdən az olduğu bütün epizodları dəfələrlə diqqətlə izləyib, təhlillər aparmışıq. Hakimlər epizodların 95,7 faizində düzgün ofsayt qərarı veriblər. Yaşanan 302 belə haldan 289-da düzgün qərar qəbul olunub. Bu cür vəziyyətdə düzgün qərar qəbul etməyin heç də asan olmadığını nəzərə alaraq, deyə bilərəm ki, bu, çox gözəl nəticədir. Vurulan 19 qol zamanı hakimlər ofsayt qeydə almamaqla düzgün qərar qəbul ediblər. Bura Navasın Xorvatiyanın, Ronaldonun Hollandiyanın qapısına vurduğu qollar da daxildir. Burada möhtəşəm hakim işini xüsusi vurğulamaq lazımdır. 4 halda yan xətt hakimləri vurulmuş qolu hesaba almayıblar ki, bunların da hamısı düzgün qərardır. Ümumi götürdükdə, biz hakimlərin Avropa çempionatındakı işindən razıyıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail