“İkinci qoldan sonra hər şey aydın idi”

23.06.2012 | 8356 dəfə oxunub

“Bu gün yaxşı çıxış etmədik. Almaniya millisi daha yaxşı oynadı və layiqli qələbə qazandı. Onlar bütün komponentlərdə bizdən üstün idi”. Stadium.az xəbər verir ki, bu sözləri Yunanıstan millisinin baş məşqçisi Fernando Santuş Almaniya ilə oyundan sonra (2:4) deyib. Təcrübəli mütəxəssis bildirib ki, hesabda ikinci dəfə geri düşdükdən sonar komandasının məğlub olacağına əmin olub: “Bu görüşdə biz də daha baxımlı oyun sərgiləyə bilərdik. Lakin rəqib buna imkan vermədi. Fasilədə futbolçularıma müdafiədə ehtiyyatı əldən verməməyi, imkan düşdükdə isə hücuma keçməyi tapşırmışdım. İkinci hissənin əvvəllərində buna qismən nail olduq. Əlimizə düşən imkandan maksimum yararlandıq və hesabı bərabərləşdirdik. Lakin almanların ikinci qolundan sonra hər şey bizə aydın oldu. Artıq bundan sonra oyuna şərik olmaq çox çətin idi. Karagünisin olmaması da bu oyunda öz sözünü dedi. Bununla belə, komandama təşəkkür edirəm. Çünki onlar Almaniya kimi güclü komandaya qarşı sonadək mübarizə apardılar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail