Zaur Svanadze: “Milli komandadan məni “İnter”ə buraxmadılar”

23.06.2012 | 7001 dəfə oxunub

Zaur Svanadze Gürcüstan futboluna adını böyük hərflərlə yazdırmış insandır. Futbolçu olduğu zaman Zaur Svanadze Tbilisinin “Dinamo” komandasının heyətində 1981-ci ildə Kuboklar Kubokunun sahibi olub. Bundan başqa, o, uzun illər ölkəsinin müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarında məşqçi kimi çalışıb. “İnter”in rəsmi internet saytına müsahibəsində Zaur Svanadze məşqçilik karyerası ölkəmizə gəlişi haqqında məlumat verib.

- Öncə məşqçilik karyeranız barədə danışmağınızı istərdik.

- SSRİ-nin son çempionatının başa çatmasından sonra İsveçrəyə yollandım və orada futbolçu karyeramı davam etdirdim. 1991-ci ildə oynayan məşqçi vəsifəsini təklif etdilər və mən də razılaşdım. Sonra həmin komandada məşqçi kimi çalışmalıydım. Lakin komanda maliyyə çətinliklərilə üzləşdi və mən də fəaliyyətimi dayandırmalı oldum. 1995-ci ildə İsveçin “Malbaryent” komandasına rəhbərlik etdim və orada demək olar 5 il çalışdım. 2000-ci ildə Gürcüstana qayıtdım və Tbilisinin “Lokomotiv” komandasında çalışmağa başladım. Yeri gəlmişkən, Kaxaber Tsxadadze ilə birlikdə həmin komandada işləyirdik. Sonra biz birlikdə paytaxtın “Dinamo” komandasını çalışdırmışdıq. Bundan sonra, mən yenidən İsveçə qayıtdım və orada 3 il fəaliyyət göstərdim. Sonra məni Gürcüstan U-19 komandasına dəvət etdilər və mənim son iş yerim Gürcüstanın U-21 komandası oldu və orada baş məşqçinin köməkçisi vəsifəsində çalışırdım. Əlavə edim ki, bir müddət Tbilisinin “Dinamo” komandasının akademiyasının rəhbəri və “Lomotiv” komandasının baş məşqçisi olmuşam.

- “İnter”ə keçidiniz necə baş tutdu?

- Öncə dediyim kimi, uzun müddət Kaxaber Tsxadadze ilə birlikdə çalışmışıq. Mənə “İnter”də bu vəzifəni tutmaq təklifini verəndə razılaşdım.

- Xatırlayırıq ki, bu vəzifəni hələ 2009-cu ildə tutmalıydınız. Lakin müəyyən səbəblərə görə Bakıya səfəriniz baş tutmamışdı.

 - Bəli, hələ 2009-cu ildə “İnter”ə keçməyə yaxın idim, o zaman bütün detalları danışmışdıq, ancaq son anda məni milli komandadan buraxmadılar. Məhz buna görə o vaxt “İnter”ə qoşula bilmədim.

- “İnter”ə Türkiyə toplanışında qoşuldunuz və komanda ilə bir neçə gün keçirdiniz. Bilmək istərdik, “İnter” necə təsir bağışladı? Kollektivlə tanışlıq necə keçdi?

- Baxmayaraq ki, Türkiyədə bir neçə gün keçirdim, komandada çox yaxşı işçi atmosferinin hökm sürdüyünü müşahidə etməyə macal tapdım. “İnter” mənə yaxşı təsir bağışladı. Yaxşı haldır ki, uşaqlar çalışmağa köklüdürlər. Biz komandanın avrokuboklarda və Azərbaycan Çempionatında yaxşı çıxış etməsi üçün əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail