“Neftçi”nin rəqibini yaxından tanıyaq. "Zestafoni" (Gürcüstan)
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin ikinci təsnifat mərhələsindəki rəqibi məlum oldu. Stadium.az xəbər verir ki, çempionumuz Gürvüstanın “Zestafoni” klubu ilə qarşılaşacaq.
8 yaşlı “Zestafoni”nin uğurları
“Zestafoni”nin əsası 2004-cü ildə qoyulub. Klubun prezidenti İlia Kokaiya, baş məşqçisi Georgi Çiabrişvilidir. Gənc komanda olmasına baxmayaraq, “Zestafoni” son illərdə Gürcüstan futbolunun liderinə çevrilib. Son 2 mövsümdə çempion adını qazanan komanda 4 il əvvəl ölkə kubokunu, ötən ilə isə superkuboku qazanıb. Komanda ev oyunlarını 4558 tamaşaçı tutumuna malik David Abaşidze adına stadionda keçirir. Yarandığı gündən komandaya yerli "Ferro" şirkəti sponsorluq edir. "Zestafoni" ev oyunları zamanı ağ, səfər matçlarında isə göy rəngli forma ilə çıxış edir.
Ötən il “Zestafoni”ni qrupun 1 addımlığında dayanıb
Komanda bugünədək 6 dəfə çıxış etdiyi avrokuboklarda ümumilikdə 20 matça çıxıb. Bunalrda 6-da qələbə qazanıb, 5 dəfə heç-heçə edən “Zestafoni” 9 dəfə meydandan məğlub ayırlıb. Vurduğu 33 qolun qarşılığında öz qapısında 23 top görüb. Qitə kuboklarındakı ən böyükhesablı qələbəsini 2009-cü ildə “Lisburn” üzərində əldə edib 6:0. Ənböyükhesablı yenilgi isə debüt mövsümünə təsadüf edir. 2007-ci ildə artıq tarixin yaddaşına köçən İntertoto Kubokunda gürcülər “Tobol”a ):3 hesabı ilə uduzublar. Ötən mövsüm Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Moldova çempionu “Daçiya”nı mübarizədən kənarlaşdırdıqdan sonra (3:0, 0:2) “Zestafoni” “Şturm”la bacarmayıb - 1:1, 1:2. Bu yeniilgidən sonra Avroliqanın play-off mərhələsində çıxış etmək şansı qazanan “Zestafoni” burada bir tur əvvəl “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Brüggü”nin qarşısında duruş gətirə bilməyib - 3:3, 0:2.
“Zestafoni”nin heyətindəki taniş simalar
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”
ilə qaşrılaşacaq “Zestafoni”nin heyətində azərbaycanlı futbolsevərlərə tanış
olan xeyli ad var.Bunlardan ən tanınmışı Qoqa
Berayadır. Hazırda komandanın şərəfini qoruyan Beraya 2005-ci ildə “Kəpəz”də, 2006-da “Qarabağ”da, növbəti 2 ili isə “Qəbələ”də
keçirib.
Qapıçı Zurab Mamaladze 2007-08 mövsümündə “Qəbələ”də,
ötən ildən komandanın şərəfini qoruyan müdafiəçi Teymuraz Qonqadze 2010-cu ildə
“Simurq”da, Tornike Apatsuari isə 2007-2009-cu illərdə “Qəbələ”nin şərəfini
qoruyublar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |