Böyükağa Hacıyev yenidən Gürcüstan çempionuna qarşı

25.06.2012 | 4301 dəfə oxunub

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Neftçi” ikinci təsnifat mərhələsində Gürcüstan çempionu “Zestafoni” ilə qarşılaşacaq. Stadium.az xəbər verir ki, bu, 2 ölkə çempionlarının qitənin ən mötəbər klub turnirində 2-ci dueli olacaq. 2006-cı ildə “Bakı” “Sioni” ilə qarşılaşmışdı. Maraqlıdır ki, həmin vaxt paytaxt klubunu “Neftçi”nin hazırkı çalışdırıcısı Böyükağa Hacıyev, rəqibi isə “İnter”in indiki baş məşqçisi Kaxaber Sxadadze çalışdırırdı. İlk görüşdə Vüqar Quliyevlə Ramazan Abbasovun qırmızı vərəqə almasından sonra çətin duruma düşən və nəticədə 0:2 hesabı ilə uduzan “Bakı” cavab matçında bu yenilginin əvəzini çıxa bilmədi. Bir müddət əvvəl “Neftçi”dən ayrılan Fərid Quliyevin vurduğu yeganə qol “Bakı” üçün təsəllidən başqa bir şey olmamışdı. 6 ildən sonra Hacıyev, eləcə də həmin vaxt “Bakı”nın şərəfini qoruyan “Neftçi”nin hazırkı kapitanı Rail Məlikov “Zestafoni”ni keçməklə gürcülərdən revanş ala bilərlər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail