Yaddaş kartı. Andrea Pirlo FOTOLENT VİDEO

26.06.2012 | 6396 dəfə oxunub


Andre Pirlo. Bu gün bütün tiffozi gözünü ona dikib. Bütün dünyaya yayılan İtaliyanın milyonlarla fanatı məhz Pirlonun sayəsində “Skuadra Adzurra”nın Avro-2012-də çempion olacağına inanır. Pirlo meydanın mərkəzində etdiyi hərəkətlər, təhlükəli cərimə zərbələri, möhtəşəm ötürmələri ilə komandasını uğura daşıyır. Pirlonun İngiltərə ilə oyunda yerinə yetirdiyi penaltinin gözəlliyini ifadə etmək üçün isə söz tapmaq çox çətindir. Pirlonun zərbəsi gözəlliyindən əlavə həm də rəqibə psixoloji zərbə idi. Məhz bu penaltidən sonra “sınan” ingilislər bir daha İtaliyanın qapısına yol tapa bilməyərək, Avro-2012 ilə vidalaşdılar. 12 il əvvəl Totti də Hollandiya ilə oyunsonrası penaltilər zamanı 11 metrlik zərbəni belə yerinə yetirmişdi. Lakin 2000-ci ildən fərqli olaraq tiffozi bu dəfə İtaliyanın Avropa çempionu olacağına inanır. Azarkeşlər 6 illik kubok həsrətinə məhz Pirlonun sayəsində son qoyacaqlarına inanırlar. Stadium.az sizlərə Pirlonun karyerasındakı ən maraqlı anları təqdim edir:

* “Breşia”yada möhtəşən oyun sərgiləyən Pirlo 1998-ci ildə, 19 yaşında “İnter”ə transfer olunur.

* 2000-ci ildə İtaliya millisinin heyətində gənclər arasında Avropa çempionu olur. Həmin vaxt Pirlonun ovaxtkı komanda yoldaşları arasında Cennaro Qattuzo və Kristian Abbyatti də var idi.  

* Lakin  “İnter”də işləri yaxşı getməyən Pirlo 2 dəfə icarəyə verilir.

* “İnter”də karyerası heç cür alınmayan Pirlo 2001-ci ildə “Milan”a transfer olunur. O Filippo İnzagi, Alessandro Nesta, Rui Koşta və Xavi Martineslər birgə ictimaiyyətə təqdim olunur.

* 2002-ci ildə İtaliya millisinin heyətində Sidney Olimpiadasında iştirak edir.

* 2003-cü ilin yazında Pirlo klub səviyyəsində ilk böyük uğurunu qazanır. O “Milan”nın heyətində Çempionlar Liqasının qalibi olur. “Rossenyerlər” həlledici matçda “Old Trafford”da “Yuventus”a oyunsonrası penaltilərlə qalib gəlir.

* 2004-cü ilin mayında “Milan”da ilk skudettosunu qazanır.

* 2006-ci ildə İtaliya milli komandasının heyətində dünya çempionu olur.

* 2007-ci ildə Pirlo ikinci, və hələlik sonuncu dəfə Çempionlar Liqasını qazanır. “Milan” Afinada “Liverpul”dan 2 il öncəki məğlubiyyətin qisasını alır.

* 2010-cu ildə Pirlonun aparıcı üzvü olduğu İtaliya millisi dünya çempionatında fiaskoya uğrayır. Paraqvay və Yeni Zeylandiya ilə bərabərə qalan dördqat dünya çempionları Slovakiyaya məğlub olaraq mundialla qrup mərhələsində vidalaşır.

* 2011-ci ildə Pirlo “Yuventus”a keçir. Əzəli rəqibin heyətinə keçməsinə baxmayaraq, “Milan”lı azarkeşlər komandada keçirdiyi 10 möhətşəm ilə görə Pirloya təşəkkür edirlər.

* 2012-ci ilin mayında Pirlo “Yuventus”la birgə karyerasındakı növbəti skudettonu qazanır.

* 2012-ci ilin 25 iyunu. Pirlo oyunsonrası penaltini möhtəşəm yerinə yetirməklə həm bir daha öz adından söz etdirir, həm də komandasının qitə birinciliyində yarımfinala yüksəlməsinə yardımçı olur.

  

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail