“Xəzər-Lənkəran”ın potensial rəqibi qələbə qazandı

27.06.2012 | 5608 dəfə oxunub

“Bakı” və “Neftçi” kimi dünən Avropanın bir çox klubları da yoxlama oyunları keçiriblər. Stadium.az xəbər verir ki, “Xəzər-Lənkəran”ın Avroliqanın ikinci mərhələsindəki potensial rəqibi olan Polşanın “Lex” klubu da yoldaşlıq görüşündə gücünü sınayıb. Poznan təmsilçisi Polşanın aşağı liqa klubu olan “Flota” ilə qarşılaşıb. Görüş “Lex”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Poznan təmsilçisinin qollarına Hubert Volakievic, Bartozs Slusarski və Sergey Krivets imza atıblar. Qeyd edək ki, “Xəzər-Lənkəran” Estoniyanın “Nomme Kalyu” klubunu mübarizədən kənarlaşdıra bilsə, çox güman ki, ikinci mərhələdə məhz “Lex”lə qarşılaşacaq. Çünki Poznan təmsilçisi ilk mərhələdə qarşılaşacağı “Jetısu” (Qazaxıstan) ilə oyunun aşkar favoritidir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail