“Zestafoni”nin baş məşqçisi: “Neftçi 1-1,5 milyonluq futbolçular alır. Lakin...”

27.06.2012 | 6683 dəfə oxunub

Çempionlar Liqasında “Neftçi” ilə qarşılaşacaq Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiaberaşvili klubun rəsmi saytına verdiyi müsahibədə çempionumuz barədə danışıb.

- Prinsipcə, biz keçmiş SSRİ ölkələrinin təmsilçiləri ilə qarşılaşmaq istəmirdik. Lakin püşkatma belə gətirdi. Buna görə də heç nə edə bilmərik. Ümid edirəm ki, “Zestafoni” növbəti mərhələyə adlayacaq. Bizim hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Çünki belədə öz gücümüzü Avropanın daha güclü klubları ilə görüşlərdə sınamaq imkanı əldə edəcəyik.

- Azərbaycan çempionu püşkün nəticəsindən razı qalıb...

- Bu, onların fikridi. Rəqib komanda nə qədər yaxşı köklənə bilmirsə, bir o qədər məğlub olmaq şansı çox olur. Rəqibi nə qədər qiymətləndirmirsənsə, sənin məğlub olmaq təhlükən də artıq olur. Biz isə bilirik ki, bəxtimizə o qədər də yaxşı rəqib düşməyib. Lakin bu səddi keçməliyik.

- İlk oyunun səfərdə keçirilməsi nə dərəcədə yaxşı variantdı?

- Son illərdə biz ənənəvi olaraq evdə daha yaxşı oynayırıq. Məsələn, elə ötən mövsümü götürək. O vaxt biz Rumıniya “Daçia”sını evdə 3:0 məğlub etdik. Ona görə də mən mübarizəyə səfərdə başlamağı daha yaxşı variant hesab etmirəm.

 - Yəqin ki, rəqib komanda haqqımızda informasiya toplamağa başlayıb...

- Əlbəttə. Lakin eyni zamanda biz də onları öyrənməyə çalışırıq. Bilirik ki, “Neftçi” varlı klubdu. Öz oyunçularına yaxşı pul verir, 1-1,5 milyonluq futbolçular alır. Lakin futbolda pul hər şeyi həll etmir. Eyni zamanda bizim komandada da Azərbaycan çempionatında çıxış etmiş futbolçular var. Məsələn, Mamaladze, Qonqadze, Aptsiaurinin Azərbaycan təcrübəsi var.

- Oyunçuların püşkün nəticəsinə reaksiyaları necə oldu?

- Onlar istənilən rəqiblə oyuna hazırdılar. Çalışacağam ki, onların ən yaxşı keyfiyyətlərini “Neftçi” ilə oyuna açım.

- “Zestafoni”nin şanslarını necə dəyərləndirirsiz?

- Əllinin əlliyə.



  #1   Adınız: Mehman;   E-mail: ---

28.06.2012 04:20

1 milyonluq oyuncunu neftci almire e xezer alir.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail