6 il əvvəl İtaliya Almaniyanı 1/2 finalda belə devirmişdi VİDEO

28.06.2012 | 5947 dəfə oxunub

Bu gün Avro-2012-nin 1/2 final mərhələsi çərçivəsində qarşılaşacaq Almaniya və İtaliya milliləri böyük turnirlərdə sonuncu dəfə 6 il əvvəl görüşüblər. Stadium.az xəbər verir ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında da komandaların yolu məhz 1/2 finalda kəsişmişdi. Turnirin meydan sahibi olan bundestim böyük azarkeş dəstəyinə sahib olsa da, rəqibin müqavimətini qıra bilməmişdi. Dortmundda baş tutan görüşün əsas vaxtında qapılara qol vurulmasa da, dördüncü hissədə Fabio Qrosso və Alessandro Del Pyeronun qolları ilə finala yüksələn “Skuadra Adzurra” yekunda tarixində dördüncü dəfə dünya çempionu olmuşdu. Stadium.az bu gün keçiriləcək 1/2 final matçı öncəsi 6 il əvvəlki o möhtəşəm oyunun maraqlı anlarını sizlərə təqdim edir.     



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail