Braziliya millisinin sabiq üzvü “Simurq”da

28.06.2012 | 5862 dəfə oxunub

Hazırlıqlarını Türkiyədə davam etdirən “Simurq”un düşərgəsində 2 yeni futbolçu var. Stadium.az xəbər verir ki, Zaqatala təmsilçisinin sınadığı futbolçulardan biri braziyalı yarımmüdafiəçi Ademar Aparekido Xavyer Juniordur. 27 yaşlı cənubi amerikalının son iş yeri Moldovanın "Milsami-Ursidos" klubudu. 2010-cu ildən bu komandada forma geyinən Ademar 45 oyunda meydana çıxıb və 15 qol vurub. Peşəkar futbolçu karyerasına 2005-ci vətənində başlayan yarımmüdafiəçi Portuqaliyanın "Vitoria de Setubal", "Rio Ave", Bolqarıstanın "Vihren", Rumıniyanın "Gloria" və Qatemalanın "Deportivo Xinabajul" klublarının da şərəfini qoruyub. O, həmçinin 2001-2002-ci illərdə Braziliyanın U-16 yığmasına dəvət edilib.

 Ademardan başqa Zaqatala təmsilçisi baxışa yeni müdafiəçidə də dəvət edib. Bu xorvatiyalı futbolçu Petar Tomiçdir. 193 sm boya malik olan 30 yaşlı mərkəz müdafiəçisinin son iş yeri HNK klubudur. 2009-cu ildən bu komandada top qovan Peter Tomiç 73 oyunda forma geyinib və 3 dəfə qol vurmağı bacarıb.  Qeyd edək ki, hər iki futbolçu tibbi müayinədən keçdikdən sonra məşqlərə qoşulub. Yoldaşlıq görüşlərindən sonra baş məşqçi Georgi Çıxradze baxışa dəvət olunan futbolçular haqqında yekun qərar verəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail