Qus Hiddink millimizin üzvünə ehtiyac duymadı

29.06.2012 | 5140 dəfə oxunub

Avstriyada təlim-məşq toplanışında olan Rusiyanın “Anji” klubu dünən yoxlama oyununda qüvvəsini sınayıb. Stadium.az xəbər verir ki, Mahaçqala təmsilçisi Avstriyanın “Kapfenberq” klubu ilə qarşılaşıb. Hazırda müqavilə ilə məxsus olduğu “Anji”nin heyətində olan millimizin üzvü Bədavi Hüseynovun bu matçda forma geyəcəyi gözlənilsə də, baş məşqçi Qus Hiddink yığmamızın üzvünə şans verməyib. Görüş Rusiya klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan birini avstriyalılar öz qapılarından keçirdikləri halda, “Anji”nin digər iki qoluna Eto’О imza atıb. Bədaviyə yoxlama matçında şans verməyən Hiddinkin millimizin üzvünü komandada saxlamayacağı demək olar ki, dəqiqləşib. Çox güman ki, Bədavi karyerasını yenidən icarə əsasında “Sumqayıt”da davam etdirəcək.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail