“Cenoa”dan “Neftçi” “yox” cavabı

30.06.2012 | 7040 dəfə oxunub

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” Çili millisinin daha bir üzvünü heyətinə qatmaq istəsə də, keçid baş tutmayıb. Stadium.az xəbər verir ki, “ağ-qaralar”ın heyətə qata bilmədiyi futbolçu müqavilə ilə İtaliyanın “Cenoa” klubuna məxsus olan Felipe Seymourdur. 1987-ci ildə anadan olan Seymoru “Universitat De Çili”nin yetirməsidir. 2006-cı ildən 2011-ci ilədək doğma klubunda çıxış edən (96 oyun, 2 qol) dayaq yarımmüdafiəçisi ötən yay İtaliyanın “Cenoa” klubuna transfer olunub. Mövsümün ilk yarısında bu klubun heyətində (12 oyun) top qovan cənubi amerikalı yanvarda digər İtaliya klubu “Kataniya”ya icarəyə verilib. Bu komandanın heyətində keçirdiyi 12 matçda 1 qol vuran futbolçu yenidən “Cenoa”nın düşərgəsinə qayıdıb. “Neftçi” çilili futbolçunu heyətinə qatmaq istəsə də, “Ceona”nın yeni baş məşqçisi Luici De Kanio onun keçidinə icazə verməyib və komandada qalmasını istəyib. Seymourun 2010-cu ildən etibarən çıxış etdiyi Çili millisində 5 oyun keçirdiyini də qeyd edək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail