ÇL-ya iki komandamız gedir

01.07.2012 | 4008 dəfə oxunub

2013-2014 mövsümündən başlayaraq Çempionlar Liqasında çıxış edən klublar bu turnirdə yalnız əsas yox, həm də 19 yaşadək futbolçulardan ibarət komandaları ilə təmsil olunacaqlar. Stadium.az xəbər verir ki, bu hüquqa ancaq qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan klublar sahib olacaqlar.
 
Hər klubun U-19-u əsas komandaların təqviminə uyğun olaraq oyun keçirəcək. Yeganə fərq ondan ibarət olacaq ki, 19 yaşlılar arasındakı pley-off mərhələsi bir oyundan ibarət olmaq şərti ilə keçiriləcək və həmin görüş də neytral meydanda baş tutacaq. Yarımfinal və final oyunları da eyni qayda ilə keçiriləcək.
 
Bu, hələlik eksperiment kimi həyata keçiriləcək. Belə ki, bu ideyanı iki il sınaqdan keçirməyi planlaşdıran UEFA özünü doğruldacağı halda onu ənənəvi olaraq təşkil etməyə başlayacaq. Belə olan halda artıq Azərbaycan çempionu da 2013-14 mövsümündən başlayaraq, qrup mərhələsinə vəsiqə qazanmaqla, ÇL-də iki komanda ilə təmsil oluna bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail