“Zestafoni”nin baş məşqçisi: “İndiki heyətimiz “Neftçi” “sədd”ini keçməyə kifayət edəcək”

03.07.2012 | 5943 dəfə oxunub

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Zestafoni” klubunun baş məşqçisi Georgi Çiaberaşvili klubunun rəsmi internet saytına müsahibə verib.

- Artıq 5 gündür ki, Avstriyada təlim-məşq toplanışındasınız. “Neftçi” ilə oyuna hazırlıq necə gedir?

- Hazırlığımız çox yaxşı gedir. Komandada bir qədər yüklənmə var. Lakin günü-gündən hər şey daha da yaxşılığa doğru gedir və yoxlama görüşləri keçirməklə problemləri aradan qaldrırıq. İnanıram ki, “Neftçi” ilə oyuna tam hazır olacağıq.

- Bir neçə gün öncə Rumıniyanın “Astra” klubu ilə keçirdiyiniz yoxlama görüşündən (0:1) sonra komandanın fiziki durumunun qaydasında olmadığı müəyyənləşdi. Bu barədə nə deyərdiniz?

- Təbii ki, Rumıniya təmsilçisi güclü rəqib idi. Onlar bizə nisbətən daha çox yoxlama oyunları keçirmişdilər. Ona görə də rəqib bizimlə oyuna daha hazırlıqlı çıxmışdı. Bununla belə, həmin oyunda komandamda bir neçə gənc fubolçu özünü göstərmək imkanı qazandı. Düşünürəm ki, “Astra”ya məğlubiyyətdə təəccüblü heç nə yoxdu.  

- Gürcüstanda çoxları hesab edir ki, komandanı daha da təkmilləşdirmək lazımdır. Hazırda “Zestafoni” veteran və gənc futbolçulardan simvolizə edilib. Sizcə, yeni futbolçulara ehtiyac varmı?

- Mən bu fikirlə razı deyiləm. Bizim çox yaxşı komandamız var. Hansı ki, məhz bu futbolçularla titul qazanmışıq. Bizim də məqsədimiz böyük komanda yaratmaqdır. Düşünürəm ki, bu heyət “Neftçi” “sədd”ini keçməyə kifayət edəcək. Yeni futbolçulara isə ehtiyac yoxdur.

- “Neftçi” ilə oyun “Qafqaz derbisi” də adlandırılır. Bakıda keçiriləcək ilk görüşdə nəyə ümid edirsiniz?

- İlk öncə onu deyim ki, “Neftçi” özü də güclü rəqiblə qarşılaşacaq. Düzdü, onların səviyyəli legionerləri var. Ancaq futbolda pul vacib deyil. Hazırda heç kəs məğlubiyyət haqda düşünmür. Səfərdə yalnız bir qola ümid etməməliyik. Biz sonadək “döyüşəcəyik” və mübarizədən çəkinməyəcəyik. Mən şansları bərabər dəyərləndirirəm.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail