Tixon Şişov: “Bu komanda ilə “Xəzər Lənkəran” arasında gecə ilə gündüz qədər fərq var”

03.07.2012 | 6796 dəfə oxunub


Avroliqanın ilk mərhələsində “Xəzər-Lənkəran”ın rəqibi olan “Nomme Kalyu”nın üzvü, bir vaxtlar məhz lənkəranlıların şərəfini qoruyan Tixon Şişov klubun rəsmi internet saytına müsahibə verib.

- Artıq ilk matçın keçiriləcəyi Lənkərandasınız. Vaxtilə oynadığınız komandanın təmsil etdiyi şəhərdə özünüzü necə hiss edirsiniz?

- Yenidən Azərbaycanda olduğum, sabiq komandam “Xəzər Lənkəran”a qarşı oynayacağım üçün xoşbəxtəm.

- Rəqibi daha yaxşı məhz siz tanıyırsınız...

- “Xəzər-Lənkəran” çox güclü komandadır. Onlar topu özlərində saxlamağı, yerlə oynamağı bacarırlar. Yaxşı bilirəm ki, rəqibimiz fiziki, texniki cəhətdən çox güclüdür, yaxşı keyfiyyətlərə malikdir.

- Belə komanda ilə oyunlardan nə gözləyirsiniz?

- Görək, necə olacaq.

- Vaxtilə “Xəzər Lənkəran”dan problemlə ayrılmışdınız. Onlara qarşı xüsusi acıq hissi ilə oynayacaqsınız?

- Mənim komandadan getməyim rəhbərliyinin qərarı idi. Komanda ilə bağlılığı yox idi. Bu anlaşılmazlığı menecerlərin, yaxud kimin başladığını bilmirəm. Bir az incikliyim var. Lakin bunda komanda günahkar deyil.

- Mərhələ keçmək şanslarınızı necə dəyərləndirirsiniz?

- Biz “Xəzər Lənkəran”ı uda da bilərik. Burda məsələ odur ki, biz potensialımızı nə dərəcədə ortaya qoya biləcəyik. “Xəzər Lənkəran”ın reytinqi daha yüksəkdir və cütün favoriti sayılır. Biz isə çalışacağıq ki, qalib gələk.

- Estoniya çempionatının son oyununda qarşılaşdığınız Tallin “Levadiya”sı ilə “Xəzər Lənkəran”ı müqayisə edə bilərsiniz?

- “Levadiya” və “Xəzər Lənkəran” arasında gecə ilə gündüz arasındakı qədər fərq var. “Xəzər Lənkəran” güclü komandadır. Bizə də çox çətin olacaq. Lakin bacardığımızı edəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail