Rusiya klubunun rəsmi internet saytı “Neftçi”dən yazdı

03.07.2012 | 30399 dəfə oxunub

Bu gün yoxlama oyununda “Neftçi” ilə qarşılaşacaq Rusiyanın “Kuban” klubunun rəsmi internet saytı flaqman haqda yazı hazırlayıb. Stadium.az “75 yaşlı yubilyar” adlı yazını bəzi ixtisarlarla təqdim edir:

“Almaniyadakı təlim-məşq toplanışı çərçivəsində komandamızın ilk rəqibi Azərbaycanın “Neftçi” klubudur. 7 qat ölkə çempionu, avrokubokların daim iştirakçısı olan “Neftçi” ölkənin ən populyar klublarından biridir. Komanda hazırda Avstriyada təlim-məşq toplanışındadır. Bakılılar Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Gürcüstan çempionu “Zestafoni” ilə oyunlara hazırlaşırlar. Hazırda Böyükağa Hacıyevin yetirmələrinin bütün diqqəti məhz iyulun 17-i və 24-də keçiriləcək bu oyunlara yönəlib. “Neftçi” son iki ildə ölkə çempionu olub.

Bu il komanda 75 illiyini qeyd edir. Ölkə çempionatında uğurlu çıxış edən “Neftçi” 7 dəfə qızıl, 3 dəfə gümüş və 5 dəfə də bürünc medal qazanıb. Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 12 klub iştirak edir. Əgər sovetlər dönəmində “Neftçi” paytaxtın yeganə və əvəzolumaz komandası idisə, hazırda Bakını 4 klub təmsil edir. (Rusiyalı həmkarlarımız burada səhvə yol veriblər. Çünki paytaxtı ölkə çempionatında 4 deyil, 5 komanda - “Neftçi”, “Bakı”, “İnter”, “Rəvan” və AZAL təmsil edir - red.)

“Neftçi”nin tarixində uzaq 1966-cı ildə SSRİ çempionatında qazanılan bürünc medal da var. Həmin il bakılılar Ukrayna və Rusiya klubları ilə gərgin mübarizənin yekununda üçüncü pilləni tutublar. Həmin illəri yada salarkən qeyd etmək lazımdır ki, bakılılar keçmiş SSRİ-yə Anatoli Banişevski, Eduard Markarov, Kazbek Tuayev kimi istedadları bəxş ediblər. 1960-cı illərdə “Kuban”ın heyətində Bakı futbolunun yetirməsi olan, komandanın kapitanı Yuri Qorin parlayırdı.

Ayrı zaman, ayrı məqsədlər və ayrı çıxışlar. İndi “Neftçi” ölkəsini beynəlxalq arenada təmsil edir. Lakin hələlik klub rəhbərliyinin qarşıya qoyduğu yüksək məqsədlərə baxmayaraq, komanda “köhnə qitə”də ciddi uğur qazana bilmir. Maraqlıdır ki, son ölkə çempionatının ən yaxşı 3 bombardirindən ikisi məhz “Neftçi”də çıxış edir. Söhbət “Rubin”dən bu komandaya keçən Bahadir Nəsimov və əvvəllər “Qremio”da oynayan braziliyalı Flavinyodan gedir”.  



  #1   Adınız: Resad;   E-mail: ---

05.07.2012 20:25

Uqurlar arzulayoram

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail