İlk dəfə bizdə: “Qarabağ”ın tarixi oyununun hakimi yenidən Bakıya gələ bilər

03.07.2012 | 5383 dəfə oxunub

UEFA Avroliqanın ikinci mərhələsində baş tutacaq bəzi oyunları idarə edəcək hakimlərin adlarını açıqlayıb. Stadium.az xəbər verir ki, “İnter” ilk mərhələdə “Trans” “sədd”ini aşsa, “bankirlər”in ikinci mərhələdə Yunanıstanın “Asteras” klubuna qarşı öz meydanında keçirəcəyi oyunun da referisi müəyyənləşib. Mümkün “İnter” - “Asteras” qarşılaşmasını macarıstanlı Mihaly Fabian idarə edəcək. Qeyd edək ki, 1980-cı ildə andan olan Fabian 2007-ci ildən FİFA referisi adını daşıyır. Macar referi UEFA-nın ikinci kateqoriyalı hakimləri arasına daxildir. Ötən il Avroliqada iki oyun idarə edib. Fabian ikinci mərhələdə baş tutan TNS (Uels) - “Midlyand” (Danimarka) - 1:3 və üçüncü mərhələdə keçirilən “Bney Yehuda” (İsrail) - “Helsinborq” (İsveç) - 1:0 görüşlərində ədaləti qoruyub. Macarıstanlı hakimin idarə etdiyi sonuncu beynəlxalq görüş bu ilin 25 mayında baş tutan Xorvatiya - Estoniya matçıdır. Görüş xorvatların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mihaly Fabianla maraqlı ən maraqlı fakt isə Azərbaycan futbolu tarixində xüsusi yeri olan görüşü idarə etməsidir. Söhbət 2009-cu ilin 23 iyulunda Bakıda baş tutan “Qarabağ” - “Rusenborq” matçında gedir. Ağdamlıların möhtəşəm qələbəsi ilə yekunlaşan həmin matçı məhz macarıstanlı hakim idarə edib. Həmin matçda "Qarabağ"dan yalnız Elvin Məmmədova sarı vərəqə verən macar referi rəqibin 5 futbolçusunu cəzalandırıb. Ümid edək ki, bu dəfə də Fabianın ayağı təmsilçimiz üçün düşərli olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail