Kara, Mircavadov, Rednik və Hüseynov

04.07.2012 | 5341 dəfə oxunub

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bu postda avrokuboklarda debüt edəcək. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, karyerası ərzində başqa klubla qitə kuboklarında çıxış edən mütəxəssis “Xəzər Lənkəran”ı Avropa arenasında təmsil edəcək 4-cü çalışdırıcı olacaq.

İndiyədək 5 dəfə avrokuboklarda oynamış “Xəzər Lənkəran” bu turnirlərə 3 müxtəlif baş məşqçi ilə yollanıb. İlk cəhddə Rasim Karanın başçılığı altında uğursuzluq yaşayan komandamız sonrakı 3 turnirində Ağasəlim Mircavadovla iştirak edib. Türkiyəlidən fərqli yerli mütəxəssislə daha yaxşı çıxış edən komandamız onun başçılığı altında 3 xal qazana bilib.

Son cəhddə - ötən mövsüm yenidən əcnəbi mütəxəssislə Avropaya gedən “Xəzər Lənkəran” Mirça Redniklə də 1 xal qazana bilib. Klubumuzu Avropaya aparacaq 2-ci yerli, ümumilikdə isə 4-cü mÜtəxəssis olacaq Hüseynovun qitə kuboklarında 4 oyunu var. O. “Karvan”da çalışdığı vaxt UEFA kubokunda tarix yazıb. Bu turnirdə ilk dəfə mərhələ adlayan Azərbaycan klubuna rəhbərlik edən Hüseynov Slovakiya “Spartak”ı üzərində 1:0 hesablı 2 qələbənin memarı olub. Növbəti mərhələdə isə onun yetirmələri güclü “Slaviya”dan səfər xalı ala bilib - 0:2, 0:0.

  

№            Baş məşqçi                mövsüm         O             Q             H             M            T             X

1.             Ağasəlim Mircavadov        3                   6              0              3              3              4-10        3

2.             Mirça Rednik                      1                  2              0              1              1              1-3          1

3.             Rasim Kara                         1                  2              0              0              2              2-5          0

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail