İlk dəfə bizdə: “Trans” Avroliqada azərbaycanlılarla ilk qarşılaşmasında məyus olub

04.07.2012 | 5751 dəfə oxunub

Sabah “Xəzər Lənkəran”ın Avroliqada qarşılaşacağı “Nomme Kalyu”nun ötən il Avroliqada bir oyununu azərbaycanlı hakim - Fariz Yusifovun idarə etdiyi haqda xəbər vermişdik. Lakin araşdırmamızdan sonra məlum oldu ki, Yusifov təkcə “Xəzər Lənkəran”ın rəqibinin deyil, həmçinin sabah “İnter”lə görüşəcək Estoniyanın digər təmsilçisi “Trans“ın da görüşündə ədaləti qoruyub. Stadium.az xəbər verir ki, 2009-cu il iyulun 9-da Avroliqanın ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan “Rudar” (Sloveniya) - “Trans” matçını məhz azərbaycanlı hakimlər idarə edib. Həmin görüşdə Yusifova Mehman Mahmudov və Mübariz Haşımov kömək ediblər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Elçin Məmmədov yerinə yetirib. Görüş sloveniyalıların 3:1 hesablı qələbəsi ilə tamamlanıb. “Trans”ın yeganə qoluna 74-cü dəqiqədə Stavoitov imza atıb. Fariz Yusifov estonların heç bir futbolçusuna vərəqə göstərməyib. Qeyd edək ki, həmin matçda start heyətində meydana çıxan Stanislav Kitto və Sergey Kazakov, eləcə də ehtiyatda qalan Sergey Leontovits indi də “Trans”da çıxış edir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail