Yunis Hüseynov: “Sabahkı oyunda məqsədimiz tarix yazmaqdır”

04.07.2012 | 6303 dəfə oxunub


Sabah Avroliqanın ilk mərhələsində Estoniyanın “Nomme Kalyu” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk matçda böyükhesablı qələbə qazanmaq istədiklərini gizlətməyib.

- “Xəzər Lənkəran” “Nomme Kalyu” ilə oyuna hazırdırmı?

- Avstriya keçirdiyimiz təlim-məşq toplanışından narazı qalmadım. İnanıram ki, sabahkı oyunda istədiyimiz nəticəni əldə edəcəyik.

- Amma komandada hücumçu problemi var.

- Yeni hücumçu transfer etməyi mən də çox istəyirəm. Avstriyada olan zaman düşərgəyə baxışa hücumçular gəlmişdi. Amma onların səviyyəsi məni qane etmədi. Maraqlandığımız bəzi hücumçular isə digər komandaya transfer olundu. Ona görə də, heyətə hücumçu qatmaq mümkün olmadı. Amma bu sitiqamətdə işlər gedir,

- Sabah hücum, yoxsa müdafiə futbolu oynayacaqsınız?

- Əlbəttə hücum futbolu. Lazım olsa, müdafiəçiləri də hücumda oynadacağam.

- Heyətə yerli hücumçu cəlb etməyə çalışdınız?

- Mən gələndə də məqsədim yerli futbolçu transfer etmək idi. Amma razılığa gələ bilmədiyimiz üçün alınmadı. Sabahkı oyunda məqsədimiz tarix yazmaqdır. Çünki bildiyiniz kimi “Xəzər Lənkəran” hələ avrokuboklarda qələbə qazanmayıb.

- Sabah meydana buraxacağınız start heyətini artıq müəyyənləşdirmisiniz?

- Bəli, müəyyənləşdimirşəm. Amma heyəti indi yox, sabah açıqlayacam.

- “Nomme Kalyu”nu tam təhlil edə bilmisiz?

- 2 oyunlarına baxmışam. Normal komandadır. Əks hücumlara meyl edirlər. Məşqlərinə də baxdım. Hər bir komanda kimi onların da zəif cəhətləri var.

- Hansılardır?

- Bunu sabah deyərəm.

- Mərhələ keçmək üçün nə lazlmdır?

- Vuruşmaq.

- “Nomme Kalyu”nu keçə bilməsəniz, nə olacaq?

- Keçəcəyik.

- Sabahkı oyunda hansı nəticə sizi qane dəcək?

- 3:0 və ya 4:0 hesabı ilə qalib gəlmək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail