Media seminarı təşkil olunub

06.07.2012 | 4400 dəfə oxunub

Xəbər verdiyimiz kimi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə hazırılıq işləri çərçivəsində KİV nümayəndələrinin proseslərdə daha yaxından və effektiv iştirakını təmin etmək üçün FIFA-nın media meneceri və YTK-nın media, kommunikasiya departamenti tərəfindən seminar təşkil olunub. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin “UD” Kafesində təşkil olunmuş seminara bir çox yerli mətbuat nümayəndəsi qatılıb. Seminarda əsas məqsəd çempionata hazırlıq mərhələsində və çempionat dövründə KİV-ə turnir xəbərləri və ən son yeniliklərlə bağlı maneəsiz informasiya axınını təmin etmək üçün ümumi məlumatlar təqdim etmək və onların çempionatla bağlı suallarını cavablandırmaq idi.

Seminar zamanı KİV nümayəndələrinin həm ölkəmizdə keçiriləcək çempionat, həm də FIFA-nın digər turnirləri üçün media akkreditasiyası, FIFA media kanalında qeydiyyat proseduru, oyunlar zamanı təşkil olunacaq press konfranslar və s. barədə verilən suallarını FIFA-nın media meneceri Monika Huser və YTK-nın media, kommunikasiya departamentinin direktoru Emin Nəbiyev cavablandırıblar.

Xatırladaq ki, KİV nümayəndələrinin seminarda iştirakı sərbəst idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail