“Barselona”nın oyununa təyinat alan hakim ikinci dəfə Bakıya gəlir

06.07.2012 | 5328 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Zestafoni” oyununu Rumiya Futbol Federasiyasından olan İonut Marius Avram idarə edəcək. Stadium.az xəbər verir ki, Rumıniyalı hakim 1979-cu ildə anadan olub. 2010-cu ildən FİFA referisi adını daşıyır. 2012-ci ildə keçirilən 17 yaşlılar futbolçular arasında Avropa çempionatının final mərhələsinə təyinat alan 6 hakimdən biri olub. Sonuncu dəfə iyunun 5-də 21 yaşlı futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Sloveniya - Finlandiya (1:1) görüşünü idarə edib. Ötən il baş hakim kimi qitəmiqyaslı yarışlara 2 dəfə təyinat alıb. O ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan “Ferentsvaroş” (Macarıstan) - “Olesund” (Norveç) və üçüncü mərhələdə keçirilən “Qomel” (Belarus) - “Bursaspor” (Türkiyə) görüşlərini idarə edib. Avram həmçinin ötən il Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutan “Alkmaar” (Hollandiya) - “Austriya” (Avstriya) matçına dördüncü, “Udineze” (İtaliya) - “Renn” (Fransa) və “Zalsburq” (Avstriya) - “Slovan” (Çexiya) görüşlərinə əlavə yan xətt hakimi kimi təyinat alıb. Rumın referi həmçinin 2010-cu ildə “Kopenhagen” (Danimarka) və “Barselona” (İspaniya) matçında da eyni funksiyanı yerinə yetirib. Qeyd edək ki, rumıniyalı ədalət qoruyucusu Bakıya ikinci dəfə səfər edəcək. Ötən il oktyabrın 10-da 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimizin Belçikaya qarşı keçirdiyi görüşü də məhz o idarə edib. Maraqlıdır ki, 2:2 hesabıyla başa çatan həmin matç da “Dalğa Arena”da baş tutub.   

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail