Qazaxıstan futbolunun tarixinə düşən hakim “Neftçi”nin oyununda

06.07.2012 | 6705 dəfə oxunub

İyulun 24-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq “Zestafoni” - “Neftçi” görüşünü idarə edəcək hakim müəyyənləşib. Stadium.az xəbər verir ki, qarşılaşmanı Qazaxıstandan olan hakim Artyom Kuçin idarə edəcək. Kuçin 1977-ci ildə Karaqandada anadan olub. Qazaxıstan çempionatında ilk matçını 2008-ci ildə idarə edib. Onun debütu “İrtış” - “Meqasport” görüşünə təsadüf edib. Kuçin 2009-cu ildən etibarən FİFA hakimi adını daşıyır. O Avroliqada oyun idarə edən ilk qazax hakimdir. Kuçin bu şərəfə 2009-cu ildə nail olub. “Olimpi” (Gürcüstan) - “B-36” (Farer adaları) matçında ədaləti qorumaqla referi həm adını Qazaxıstan futbol tarixinə yazdırıb, həm də beynəlxalq arenada debüt edib. Növbəti il qazax referi Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan “Austriya” (Avstriya) - “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), eləcə də üçüncü turda “Timaşura” (Rumıniya) - “MYUPA” (Finlandiya) görüşlərini idarə edib. Ötən il Kuçin Çempionlar Liqasında debüt edib. O “Partizan” (Serbiya) - “Shkendija 79” (Makedoniya), eləcə də Avroliqanın play-off mərhələsində baş tutan “Hapoel” (Təl-Əviv, İsrail) - “Ekranas” (Litva) matçlarında ədaləti qoruyub. Qazaxıstanlı referi Avro-2012-nin, U-21, U-19 və U-17-lərin Avropa çempionatının seçmə, eləcə də U-19 və U-17-lərin Avropa çempionatının final mərhələsinə təyinat alıb. İndiyə qədər təmsilçilərimizin oyununu idarə etməyən Kuçinin yolu gürcülərlə 2 dəfə kəsişib. Onun debüt matçında “Olimpi” Farer adaları təmsilçisini 2:0 hesabı ilə məğlub etdiyi halda, Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət millisi Avro-2011-in seçmə mərhələsində öz meydanında Ermənistan millisinə uduzub - 0:2. Digər maraqlı məqam ondan ibarətdir ki, Kuçinin klublar arasında qitə kuboklarında idarə etdiyi heç bir oyunda qonaqlar qələbə qazana bilməyib. 5 matçdan 3-də meydan sahibləri sevinən tərəf olub, 2 görüş isə heç-heçə tamamlanıb. Ümid edək ki, “Neftçi” bu ənənəyə son qoyacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail