“Barselona”nın sabiq məşqçisi: “Bakı, Qəbələ və Lənkərandan xoş təəssüratlarla ayrılmışdım”

09.07.2012 | 5342 dəfə oxunub

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası iyul ayının 1-dən doğma məkanda yeni mövsüm hazırlıqlarını davam etdirir. Yeni baş məşqçi, ispaniyalı mütəxəssis, “Barselona”nın sabiq məşqçisi Luis Araqon Azərbaycan və Qəbələ haqda ilkin təəssüratlarını, təlim-məşq toplanışının gedişi və gələcək planları barədə fikirlərini gabalafc.az-la bölüşüb.

- Artıq 10 gündən artıqdır ki, Azərbaycanda - Qəbələdəsiniz. Ölkəmizə, yeni şəhərinizə uyğunlaşa bilmisinizmi?

- Daha əvvəl də bir dəfə Azərbaycanda olmuşdum. Həmin səfərim zamanı Bakını, Qəbələni və Lənkəranı gəzmişdim və buradan xoş təəssüratlarla ayrılmışdım. Ölkəniz elə ilk dəfədən çox xoşuma gəlmişdi. O ki qaldı Qəbələyə, yeni şəhərim yaşamaq və işləmək üçün çox gözəl və əlverişli yerdir. Təbiəti və iqlimi çox yaxşıdır. Sakit, stressiz şəhərdir. Uyğunlaşmada da heç bir problem yaşamadım. Məni əhatə edən insanlar çox səmimi, mehriban və ən əsası peşəkar insanlardır. Bu da mənə özümü Qəbələdə rahat hiss etmək üçün əsas verir.

- Bir həftədən çoxdur ki, hazırlıqlara start verilib. Təlim-məşq prosesi necə gedir?

- Hazırda komandanı komplektləşdirməklə məşğuluq. Heyəti nəzərdən keçiririk, çatışmayan tərəflərimizi müəyyənləşdiririk. Futbolçularıma lazımi tapşırıqlarımı verirəm, onlar isə mənə diqqətlə qulaq asırlar, tapşırıqlarımı yerinə yetirməyə səy göstərirlər. Çempionatın startına kimi bir neçə yoldaşlıq oyununda gücümüzü sınayacağıq. Bu da bizə zəif nöqtələrimizi görməyə imkan yaradacaq. Həmin müddət ərzində komandada qalacaq, gedəcək və kollektivə yeni qoşulacaq futbolçuları da müəyyənləşdirəcəyik. Akademiyadan da heyətə yeni futbolçular cəlb edəcəyik.

- Komandanın hazırkı durumunu necə dəyərləndirirsiniz?

- Komandada ab-hava yüksək səviyyədədir. Amma futbolçunun yetişməsi üçün təkcə məşqlər yetərli deyil. Biz hazırda futbolçularımız üçün ideal proqram formalaşdırırıq. Onların düzgün rejimə salınması peşəkar futbolçu kimi yetişmələri üçün vacib faktordur. Gün ərzində səhər yeməyindən başlayaraq meydançadakı davranışların, gündəlik həyat tərzinin, istirahətin düzgün qurulması, asudə vaxtının normal dəyərləndirilməsi futbolçunun meydançadakı performansına birbaşa təsir edir. Bütün imkanlarımızı səfərbər edib yeni futbol fəlsəfəsi olan futbolçular yetişdirəcəyik və gənc futbolçuları əsas komanda üçün hazır vəziyyətə gətirəcəyik.

- Yeni mövsümdə əvəzedici heyətin hədəfi nə olacaq?

- Bir az əvvəl də qeyd etdiyim kimi məqsədimiz yeni futbol fəlsəfəsi olan, əsas komandaya kömək edə biləcək futbolçular yetişdirməkdir. Yeni oyun tərzimizi, futbol fəlsəfəmizi və təcrübəmizi aşılamaqla yüksək texnikalı futbolçular yetişdirəcəyik.  Bu məqsədə nail olmaqla istədiyimiz hədəfə çata bilərik - həm çempionatın qalibi olarıq, həm də əsas komandanı futbolçu ilə təmin edərik.

- Hazırda heyətdə əsas komandaya namizəd futbolçular varmı?

- Qısa müddətdir ki komandaya rəhbərlik edirəm. Hələ ki, dəqiq fikir söyləmək üçün tezdir. Heyətdə bəyəndiyim və gələcəyinə inandığım futbolçular var. Amma məqsəd fərdi xüsusiyyətlərə malik futbolçular yetişdirmək deyil. Biz istədiyimiz nəticələri əldə etmək gücündə olan, komanda oyunu nümayiş etdirən kollektiv formalaşdırmağa çalışırıq. 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail