XXI əsrin ən məhsuldar futbolçusu məlum oldu

10.07.2012 | 5460 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrdə ən çox qol vuran futbolçuların siyahısını dərc edib. Stadium.az xəbər verir ki, siyahıya Didye Droqba başçılıq edir. Fil Dişi Sahilindən olan forvard ümumulikdə 100 qol vurub. Bunlardan 55-i millinin, 45-i isə “Çelsi”nin heyətində qeydə alınıb. İkinci pillədə Miroslav Kloze qərarlaşıb. Alman forvard Droqbadan 10 top geri qalıb. “İlk 3-lüy”ü isə 87 qolla Ruud Van Nisterloy qapayıb. Tyerri Anri 85 qolla dördüncü, Samuel Eto`O və Lionel Messi isə beşinci-altıncı yerləri bölüşüblər. Hər iki futbolçunun aktivində 84 qol olsa da, Eto`O millidə daha çox fərqləndiyinə görə Messini qabaqlayıb. David Vilya 80 qolla yeddinci, Raul 78 qolla səkkizinci, Kriştiano Ronaldo 76 qolla doqquzuncu, Anqola millisinin üzvü Falvio da Silva Amado 75 qolla onuncu, Andrey Şevçenko isə 74 qolla 11-cidir. 110 nəfərlik siyahıda həmçinin Berbatov, Ibrahimoviç, Huntelar, Runi, Larssen, Mario Qomez, Ballak, Ronaldinyo, Forlan, Baroş, Cerrard, İnzagi, Ouen, Kaka, Podolski, Robinyo, Krespo, Trezege, Van Persi, Rikelme, Fernando Torres, Krauç, Lempard, Moryentes, Kuyt, Saviola, Ronaldo, Əli Daei, Adebayor, Tevez, Kerjakov, Aquero, Pavliçenko, Benzema, Oliç, Del Pyero, Cilardinyo, Martins, Van Der Vart, Arşavin, Sneyder kimi tanınmış futbolçuların da adı var.      



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail