Gürcü futbolçudan “Neftçi”yə mesaj: “Sözdə qələbə qazanmaq asandı”

10.07.2012 | 6113 dəfə oxunub

Çempionlar Liqasında “Neftçi”nin rəqibi olan “Zestafoni”nin yarımmüdafiəçisi Tornike Qorqiaşvili klubun rəsmi internet saytına müsahibə verib.

- Təlim-məşq toplanışı necə keçir?

- Hər şey əla. Fiziki, taktiki cəhətdən hazırlaşırıq, yoxlama oyunları keçiririk.

- “Styaua” ilə son oyun barədə nə deyə bilərsiz?

- Hesab edirəm ki, biz ilk hissədə yaxşı oynadıq. Daha çox top saxlayırdıq, hücumlar təşkil edirdik. İkinci hissədə isə rəqib nisbətən üstün oyun sərgiləməyə başladı. Məncə, heç-heçə tam ədalətli nəticə oldu. “Styaua” elə də çox qol epizodu yarada bilmədi. Amma buna baxmaraq, əla komanda olduğunu deməliyəm. İndi bizi sadəcə Çexiya “Slovan”ı ilə oyun gözləyir.

 - “Neftçi”nin oyunlarının videoyazısına baxmısız?

- Təkcə videoyazılara yox. Məşqçilərimiz də oyunlarını canlı izləyiblər. Bakıdakı ilk oyun ərəfəsində biz bu komandanı daha ətraflı analiz etməyə çalışacağıq. Məşqçilər deyirlər ki, “Neftçi” çox güclü komandadı.

- Rəqib düşərgədən kifayət qədər kəskin açıqlamalar eşidilir...

- Qorxulu heç nə yoxdu. Meydanda hər şeyə aydınlıq gətirərik. Sözdə qələbə qazanmaq asan olur.

- “Zestafoni”də ötən mövsümlə müqayisədə nə dəyişib?

- Mən deməzdim ki, komandada böyük dəyişikliklər olub. Özümlə bağlı onu deyə bilərəm ki, hücumlara daha çox qoşulmağa başlamışam. Biz xoşbəxtliyi həmişə rəqib qapısında axtarmağa çalışırıq.

- “Zestafoni” Çempionlar Liqasının yeni mövsümündə əvvəlki ilə müqayisədə daha uğurlu çıxış edə bilərmi?

- Niyə də yox? Əsas məqsədimiz Avropada yaxşı oynamaq, qrup mərhələsinə çıxmaqdı. Çempionlar Liqasının qrup mərhələsi daha yaxşı olardı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail