Yalnız Stadium.az-da: “Nomme Kalyu”nun baş məşqçisi azərbaycanlılarla ilk oyununda məyus olub

10.07.2012 | 5930 dəfə oxunub


Estoniyanın “Nomme Kalyu” klubunun baş məşqçisi İqor Prins Avroliqanın ilk mərhələsində “Xəzər Lənkəran”la oyuna qədər daha əvvəl Azərbaycan klubuna rəqib olub. Stadium.az xəbər verir ki, Prins 2007-ci ildə Moskvada təşkil olunan “Birlik Kuboku”nun qrup mərhələsində “Levadiya”nın məşqçisi qismində “Bakı” klubu ilə qarşılaşıb. 2007-ci ilin 23 yanvarında “Olimpiyski” İdman Kompleksində baş tutan “Levadiya” - “Bakı” görüşü təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Amiran Mucirinin ikinci hissədə vurduğu qolla qələbə qazanan “Bakı” “Levadiya”nı arxada qoyaraq, 1/4 finala yüksəlmişdi. “Bakı”dan alınan həmin yenilgi sayəsində isə Prinsin məşqçisi olduğu Estoniya çempionu Rusiya paytaxtını vaxtından əvvəl məyus tərk etmişdi. Növbə “Xəzər Lənkəran”ındır. Ümid edək ki, “Bakı” kimi “Xəzər Lənkəran” da Prinsi bu gün məyus edəcək.  

Qeyd edək ki, 2003-2008-ci illərdə "Levadiya"nın məşqçisi olan Prins 2008-ci il baş məşqçi təyin olunub. 2010-cu ildən isə 45 yaşlı mütəxəssis "Nomme Kalyu"nu çalışdırır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail