Baçana Tsxadadze: “Belə oyunla nəinki “Trans”a, istənilən rəqibə qalib gələ bilərik”
“İnter”in hücumçusu Baçana Tsxadadze klubun rəsmi internet saytına müsahibı verib.
- Estoniyanın komandasına qarşı ilk matçda “İnter” kifayət qədər inamlı futbol sərgilədi və bu da öz əksini rəqibin qapısına 0:5 cavabsız top keçirilməsində tapdı…
- Deyim ki, 0:5 hesabı oyuna görə oldu. Bundan başqa, daha çox qol vura bilərdik. Düşünürəm ki, oyununuz tamaşaçılarda xoş emosiyalar oyatdı, elə bizə də belə futbol sərgiləmək və belə hesabla qalib gəlmək çox xoşdur. Rəqib var gücüylə bizə qarşı müqavimət göstərirdi, lakin həmin gün bizə praktiki olaraq düşündüklərimizi reallaşdırmaq nəsib oldu və yekun nəticə meydançada baş verənləri əks etdirdi.
- Maraqlıdır, oyundan öncə qarşılaşmanın belə böyük hesabla yekunlaşacağını təxmin edə bilərdiniz?
Matçın başlanmasına qədər rəqibimizin oyunlarına baxmışdıq. Etiraf etmək lazımdır ki, bizə rəqibin istər güclü, istərsə zəif tərəflərini yaxşı öyrənmək mümkün oldu. Biz kifayət qədər diqqətli hərəkət etdik və mənim fikrimcə, belə oyunla komandamız nəinki “Trans”a, hətta istənilən rəqibə qalib gələ bilərdi. Oyunun başlanmasına qədər yekun hesab barədə düşünmürdük, böyük istək və fədakarlıqla oynamaq vacib idi, axı bu faktorlar bizə səfər matçında kömək etməliydi. “Trans”ı zəif rəqib hesab etmirəm, çünki Avropa Liqasında zəif rəqiblər olmur. Avropa Liqasının istənilən matçında qələbəyə nail olmaq üçün maksimum dərəcədə çalışmaq lazımdır.
- Artıq sabah “İnter” Estoniya komandasıyla cavab qarşılaşmasını keçirəcək. Sizin nəzərinizcə, ilk qarşılaşmada böyükhesablı qələbə cavab oyununda komandanın istəyinə və motivasiyasına təsir göstərməyəcək?
- Dünən bu barədə danışmışıq. Bizə mütləq ilk matçı və 0:5 hesabını unutmaq və təmiz səhifədən oynamaq lazımdır. Komandaya gözəl oyun göstərmək və vəziyyətlərdən istifadə etmək lazımdır, o zaman ikinci oyunda da mütləq uğur əldə edəcəyik.
- İkinci mərhələdə “İnter”i Yunanıstanın “Asteras” komandasının simasında daha ciddi rəqib gözləyir. Bu komanda barədə nə deyə bilərsiniz?
- Səmimi desəm, növbəti rəqib barədə “Trans”la matçdan sonra danışmaq istərdim. Amma istənilən halda qeyd etmək lazımdır ki, yunan komandası çox güclüdür. Bizə oyunlara yaxşı hazırlaşmaq və artırmaq lazımdır.
- “Trans”la oyun sizin üçün də uğurlu alındı, axı dubl etmək müyəssər oldu. Maraqlıdır, buna dostlarınız və qohumlarınız necə reaksiya verdilər? Yəqin təbriklər çox idi.
- Əlbəttə. Hamı təbrik edirdi, bizimlə birlikdə sevinirdi. Belə reaksiya əlbəttə stimul verir. Xoşdur ki, insanlar baxırlar, həyəcanlanırlar, dəstəkləyirlər. Təbriklərə görə hamıya minnətdaram, istərdim ki, belə nəticələrlə irəlidə də hamını sevindirim.
- Avrokuboklarda “İnter”in qarşısına maksimal tapşırıqlar qoyulub. Necə düşünürsünüz, komanda məqsədinə çata biləcək? Və komandanın turnirin qrup mərhələsinə düşmək şansı nə qədər böyükdür?
- Bilirsiniz, burada püşkdən çox şey asılıdır. Bununla belə, meydançaya çıxmamışdan öncə komandaların şansları həmişə bərabər olur. İrəlidə bizi Yunanıstandan ciddi rəqib gözləyir və bu komandayla matçlarda özümüzü göstərməyə çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |