"Bakı" Avroliqa ilə vidalaşdı YENİLƏNİB

13.07.2012 | 10683 dəfə oxunub


“Bakı” bu gün Avroliqanın ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə Sloveniyanın “Mura” klubunun qonağı olacaq. Stadium.az xəbər verir ki, tərəflər arasında bir həftə əvvəl Bakıda baş tutan matçda hesab açılmayıb. Bu səbəbdən də cavab qarşılaşmasının “Bakı” üçün əhəmiyyətindən danışmaq yersizdir. Qarşısına ciddi hədəflər qoyan, yüksək infrastruktura malik olan paytxt klubu mütləq səfərdə uğurlu nəticə qazanmalıdır. Qeyd edək ki, ikinci mərhələyə yüksəlmək üçün “Bakı”nı istənilən qollu heç-heçə də qane edir.

“Mura” (Sloveniya) - “Bakı” (AZƏRBAYCAN) 2:0 

Lendava. “Spotni Park” stadionu

İlk oyun - 0:0

Baş hakim: Atanassios Qiaços

Baş hakimin köməkçiləri: Mikael Karsiotis, Dimitris Tatsis

Dördüncü hakim: Stavros Tritsonis

(hakimlər briqadası Yunanıstandandı)

Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

UEFA nümayəndəsi: George Koumas (Kipr)


“Mura”: 1. Filip Drakoviç, 5. Fabian Çipot, 6. Leon Sreş, 9. Damyan Bohar, 11. Leon Horvat, 13. Denis Kramar, 18. Erik Yanja, 21. Nino Kouter, 25. Draqan Yeliç, 32. Mate Eteroviç, 90. Matiç Maruşko

Ehtiyat oyunçular: 12. Tadey Çipot, 7. Alen Kozar, 10. Andrey Lotriç, 17. Nusmir Fayiç, 20. Mitya Botyak, 23. Rok Qruskovnyak, 24. Denis Barbiç.

“Bakı”: 16. Aqil Məmmədov, 2. Edemir Rodriqes, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 8. Juninyo, 11. Elvin Məmmədov (k), 24. Nenad Kovaçeviç, 27. Georgi Popxadze, 36. Uinston Parks, 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 1. Xalidu Sissoko, 5. Duje Bakoviç, 10. Lukas Horvat, 15. Cəmşid Məhərrəmov, 19. Nurlan Novruzov, 23. Maris Verpakovski, 77. Aleksandr Şoliç

Oyun başladı. "Bakı"ya uğurlar arzu edirik.

1. Kovaçeviç kobud oynadı. Yaxşı ki hakim futbolçumuza sarı vərəqə göstərmədi. 

3. Sloveniyalıların hücumu. Karqbo diqqətlidi.

4. Rəhman topu itirsə də, sloveniyalıların əks hücum alınmadı.  

6. Qapımıza doğru zərbə zəif alındı. 

8. Juniroun zərbəsini qapıçı çətinliklə dəf etdi.

10. Oyunda ilk künc zərbəsini "Bakı" yerinə yetirsə də, İvanovs zərbə endirə bilmədi. 

12. Rodriges ardıcıl cərmi meydançasına 2 asma etsə də, rəqib müdafiəçilər topu uzaqlaşdırdılar. 

14. "Mura"nı hücumu. İvanovs müdafiədə etibarlıdır. 

15. Cərimə meydançasında qarışıqlıq. Lakin Yanja topu uzaqlaşdıra bildi. 

Üstünlük komandamızın tərəfindədi. Xüsusən də cinah müdafiəçiləri fəallıqları ilə seçilirlər. 

19. Juniorun asmasından sonra Rodriges başla qapoıya zərbə endirsə də, hesabın açılması üçün azacıq dəqiqlik çatmadı. 

20. İvanovs ləngidi. Nəticədə qapımıza doğru zərbə endirillsə də, hər şey yaxşı qurtardı. 

22. Rəhman cərimə meydançamıza daxil olmaq istəsə də...

24. Qapımız qarşısına ardıcıl iki ötürmə. Əvvəlcə Karqbo topu uzaqlaşdırdı, daha sonra Aqil çıxışda topa yiyələndi. 

Elvin Məmmədov tez-tez top itirir 

26. "Mura" hesabı açdı. 

Cinahdan hava ilə ötürülən topu Yeteroviç başla qapımızdan keçirdi. Mərkəz müdafiəçilərinin nə işlə məşqul olması maraq doğurur. Görəsən onlar hara baxırdılar?

27. "Bakı" hesabı bərabərləşdirmək üçün irəli atılır.

28. Popxadzenin zərbəsi üstdən keçdi

29. "Bakı"nın heyətində ilk dəyişiklik. Rəhman Hacıyevi Aleksandr Şoliç əvəzlədi.  

30, Kovaçeviç sarı vərəqə ilə cəzalandı. 

32. Elvinə qarşı kobud oynadılar. 

32. Cərimə meydançasında Rodrigesə zərbə vurmağa imkan vermədilər. 

33. Şoliçin zərbəsi qapıçıda qaldı.

35. Çesnauskisin asması az qala avtoqolla nəticələnəcəkdi.

36. Komandamız üçüncü dəfə künc zərbəsi yerinə yetirsə də rəqib topu uaqlaşdırır.

37. Nə künc zərbəsindən, nə də Karqbonun asmasından sonra topa zərbə vuran oldu.  

38. Şoliçin zərbəsi qeyri-dəqiq alındı. 

39. Çesnauskis adi epizodda topu itirdi.

40. Şoliçin zərbəsi yenə qapıçıda qaldı. 

42. Juninyonun zərbəsi rəqib futbolçuya dəyərək küncə çıxdı. Altıncı künc zərbəsi də komandamıza xeyir gətirmədi.

43. Şoliçin asması... top qapıçıdadı.

44. Komandamız təhlükəli nöqtədən cərimə zərbəsi yerinə  yetirəcək. Juninyo topun arxasındadı. Rəqib futbolçular topu uzaqlaşdırdılar.

45. Hakim birinci hissənin sonuna 1 dəqiqə əlavə etdi.

İlk yarı başa çatdı. Komandamız fasiləyə yenik durumda yollanır.  

İkinci hissə başladı. 

46. Parksın aşırma zərbəsini müdafiəçilər küncə çıxardılar. 

48. Popxadzenin zərbəsi rəqib qapıçıda qaldı. 

50. "Mura"nın heyətində ilk dəyişiklik. Yeliçi Faliç əvəzlədi. 

52. Səkkizinci künc zərbəsi də "Bakı"nın dərdinə dərman olmadı. 

52. Juninyonun zərbəsi yenə də qapıçıda qaldı. 

56. Parksın ötürməsinin qarşısını rəqib müdafiəçilər aldılar. 

57. Şoliç nə düz əməlli zərbə endirdi, nə də ötürmə verdi. 

60. Rodrigesin ayağı boşa çıxdı. 

61. Cərimə meydançasında qarışıqlıq. Lakin "Bakı"Lılardan heç kim qapıya yol tapa bilmir. 

65. Rəqib futbolçu sarı vərəqə ilə cəzalanır.  

Matçın sonuna 25 dəqiqə qalıb. Lakin baş məşqçi Novruz Əzimov hələ ki meydana əlavə hücumçu burxamağa tələsmir. 

67. Juninyo topu özündə çox saxladı. 

67. Cərimə meydançasına növbəti asma. Amma rəqib müdafiəçilər yenıə səhvsiz oynayırlar.

68. Çesnauskisin asması çox təhlükəli alınsa da, Şoliç topa toxuna bilmədi. O hakimə etiraz edir. Amma burda kobudluq yox idi.  

70. Çipot etiraz etdiyinə görə sarı vərəqə alır. 

72. Nəhayət ki Əzimov ikinci hücumçunu meydana buraxır. Elvinin əvəzinə Verpokovski oyuna qoşuldu. 

73. Çesnauskis fərqləndi. Amma "Bakı"ya hava-su kimi lazım olan qolla deyil, sarı vərəqə ilə. Lakin hakimin bu qərarı anlaşılmazdı.  

Sloveniyalılar artıq vaxtı aparırlar. Rəqib futbolçular daha çkox yerdə uzanmaqla vaxt aparırlar. 

74. Çesnauskisin asması qapıçıda qaldı. 

76. Çesnauskisin növbəti asması da qapıçıda qaldı. Şübhəsiz, bu gün meydanda ən yaxşı oyun göstərən "Mura"nın qapıçısıdı. 

78. Şoliç cərimə meydançasında topa yiyələnə bilmədi.Vaxt isə getdikcə azalır. "Bakı" mütləq bir qol vurmalıdı!!!

79. Novruz Əzimov va-bank getdi. O Juninyonun əvəzinə Nurlan Novruza şans verdi. Bu da başadüşüləndi. "Bakı" mütləq ol vurmalıdı. 

"Mura"da isə Sreşin əvəzinə Qruskovnyak oyuna daxil olur. 

Son 10 dəqiqə. 

81. Şoliçin asması... rəqib qapıçı yenə səhvsiz oynadı. Görəsən Çipot nə vaxt səhvə yol verəcək?

82. Popxadze sarı vərəqə ilə cəzalandl. 

84. QOL. 2:0. "Bakı" oyunda 10-dan artıq knc zərbəsi yerinə yetirsə də, qol vura bilmədi. Amma "Mura" bunun yolunu komandamıza göstərdi. Artıq "Bakı"nın işi möcüzəyə qaldı.  

86. "Bakı" azqala hesab arasındakı fərqi azaldacaqdı. Amma Nurlanın zəırbəsində azacıq dəqiqlik çatmadı. 

87. Verpkovski də qapıçı ilə dueldən məğlub ayrıldı. 

89. Bu dəfə Aqil topa yiyələndi. 

89. Qurskovnyak sarı vərəqə ilə cəzaılandı. 

90 Hakim 3 dəqiqə əlavə etdi oyunun sonuna.

90+1. Qapı tiri "Bakı"nı üçüncü qoldan xilas etdi.

90+2. Karqbonun zərbəsi alınmadı

Və bu da son. Nə qədər təəccüblü və təəssüflü olsa da, "Bakı" avroliqa ilə ilk mərhələdə vidalaşdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail