Samir Abasov: “Bernhard Raabın işi nisbətən yüngülləşib”

12.07.2012 | 6381 dəfə oxunub

“Sumqayıt” klubunun yarımmüdafiəçisi Samir Abasov komandanın hazırlıq planı barəsində danışıb. Stadium.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən kapitan bəzi məqamlara toxunub: “Hazırlıq normal şəkildə davam edir. Komanda Bernhard Raabın rəhbərliyi altında gündə iki dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq keçir. Şükürlər olsun ki, heyətdə zədəli futbolçumuz yoxdur. Yalnız, Taner Taktakda kiçik problem var. O da sabahdan etibarən komandaya qoşulacaq. Ən böyük çətinliyimiz komandada oyun praktikasının olmamasıdır. Bildiyiniz kimi, komandanın əksər üzvləri yeni futbolçulardır. Bu səbəbdən daha çox yoxlama oyunu keçirməliyik. Əksər klublarımız ölkə xaricində hazırlıq keçir. Burada sparrinq rəqib tapmaqda çətinlik çəkirik. Amma klubun rəhbərliyi bu problemi həll etmək üzrədir. Tez bir zamanda “Sumqayıt” təlim-məşq toplanışı keçmək üçün ölkə xaricinə yollanacaq”.

Samir Abasov həmçinin komandanın yeni transferləri barəsində də danışıb. Kapitan heyətə cəlb olunan təcrübəli futbolçuların faydalı olacağını deyib: “Sumqayıt” Futbol Klubu gənclərdən qurulmuş kollektivdir. Heyətdə yer alan gənclərimiz artıq bir mövsüm Premyer Liqada oynadı. Orxan Əliyev, Murad Ağayev, Slavik Alxasov kimi gənc futbolçuları artıq çempionata tam hazır saymaq olar. Bundan başqa, klubun rəhbərliyi Ceyhun Sultanov, Aftandil Hacıyev, Sabir Allahquliyev kimi təcrübəli və Azərbaycan futbolunda öz sözünü demiş futbolçuları komandaya dəvət edib. Onlar “Sumqayıt” üçün önəmli simalara çevriləcək. Qeyd edim ki, yeni gələnlər uyğunlaşma problemi yaşamadılar. Əvəzedicilərdən gələn futbolçular da məşqlərdə özlərini yaxşı tərəfdən göstərə bilirlər. Artıq baş məşqçi Bernhard Raabın işi də nisbətən yüngülləşib. Hazır futbolçularla işləmək almaniyalı məşqçi üçün daha rahatdır”.

Abasov mövsümün startına qədər komandanın tam hazır olacağını düşünür: “Premyer Liqa kimi uzun marafonda çıxış ediriksə, hər mövqedə ən azı iki futbolçumuz olmalıdır. Artıq heyətin böyük hissəsi hazırdır. Bir müdafiəçi və bir yarımmüdafiəçiyə ehtiyacımız var. Rəhbərlik hazırda bu məsələ ilə bağlı çalışmalarını davam etdirir. İnşallah mövsümün startına qədər komanda tam hazır vəziyyətə gələcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail