Leon Horvat: “Biz daha böyük ürəyə malik olduğumuzdan qələbə qazandıq”

13.07.2012 | 5307 dəfə oxunub

Avroliqanın ilk mərhələsində “Bakı”nı mübarizədən kənarlaşdıran Sloveniyanın “Mura” klubunun Leon Horvat klubunun saytına müsahibə verib.

- 2:0 hesablı qələbədən sonra hansı hissləri keçirirsiniz?

- Büdcəsi “Mura”nınkından 30 dəfə artıq olan rəqibi məğlub etməyin təəssüratlarını sözlə ifadə edə bilmirəm.

- Qələbəni nəyin sayəsində əldə etdiniz?

- Bizim komanda daha böyük ürəyə malikdir. Qələbəni də ürəklə əldə etdik.

- Bunu deyəndə nəyi nəzərdə tutursunuz?

- Bizdə “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipi önəmlidir. Bu da həm əvvəlki, həm indiki baş məşqçimizin əməyidir. Düşünürəm ki, əsl “Mura” görəcəyimiz günə az qalıb.

- Azarkeş dəstəyindən razı qaldınız?

- Əlbəttə. Biz onların köməyi ilə qalib gəldik.

- Artıq növbəti mərhələdəki rəqib ÇSKA haqda düşünə bilərsiniz...

- İndi yatıb dincəlməyi düşünürəm. Sonra bərpa olunub qarşıdakı matçlara hazırlaşmalıyıq. Əvvəl çempionatın “Rudar”, sonra Avropa Liqasının MOİK-lə qarşılaşması var.

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail