Georgi Çiaberaşvili: “Bakıya məğlub olmaq üçün gəlməmişik”

16.07.2012 | 4805 dəfə oxunub

“Neftçi”nin iştirakı ilə bəzi oyunlara baxmışıq. Çox yaxşı komandanız var. “Neftçi”nin heyətində səviyyəli yerli və legioner futbolçuları cəmləşib”. Stadium.az xəbər verir ki, bu sözləri sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dalğa Arena”da “Neftçi”nin qonağı olacaq Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiaberaşvili oyunqabağı mətbuat konfransında deyib. Gürcü mütəxəssis  oyunun çətin keçəcəyini bildirib: “Bilirik ki, bizim üçün çox çətin olacaq. Biz komandanı 4 ildi yığmışıq. Sizdə isə bir çox yeni futbolçular var. Qoy, güclü qalib gəlsin. Amma ümid edirəm ki, turu məhz biz keçəcəyik. Sabahkı oyunda hesabın fərqi yoxdur, əsas odur ki, biz mərhələ keçək. Mən elə söz deməmişəmki, biz turu keçməsək, bu bizim üçün faciə olacaq. Çünki bu yaxşı fikir deyil. Şübhəsiz, hər bir komanda kimi biz də uğur qazanmaq istəyirik. Sizin komandanızın çox yaxşı ənənələri var. Mən bildirmişəm ki, rəqib çox yaxşı komandadır. Əlbəttə, mübarizəni erkən dayandırsaq, azarkeşlər bizi qınayacaq. Onlardan əvvəl isə özüm-özümü qınayacam. Şanslar 50-nin 50-yədir. Biz bura məğlub olmağa gəlməmişik. Təbii ki, cütün taleyini burada həll etsək, əla olar. Bizim əsas məqsədimiz qrupa düşməkdir. Ötən il də bunu arzulayırdıq, amma alınmadı. Ümid edirəm ki, ötən illərdə biz kifayət qədər təcrübə toplamışıq”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail