Yaddaş kartı. Fabio Kapello FOTOLENT

17.07.2012 | 5590 dəfə oxunub

Dünən Rusiya milli komandasının yeni baş məşqçisinin adı məlum oldu. Stadium.az xəbər verir ki, gözlənildiyi kimi bu posta namizədlər arasında adı daha çox hallanan Fabio Kapello təyinat aldı. Rusiya millisinin baş məşqçi postunu kimin tutacağını diqqətdə saxlamağımız heç də səbəbsiz deyil. Axı Rusiya millisi Dünya Çempionatı-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibidir. Beləliklə, Rusiya millisi ölkəmizə məhz məşhur italyan mütəxəssis Fabio Kapellonun rəhbərli altında gələcək.

Qeyd edək ki, Fabio Kapello 1946-cı ildə iyunun 18-də anadan olub. Karyerasına SPAL klubunda başlayan Kapello daha sonra ardıcıllıqla “Roma”, “Yuventus” və “Milan” klublarının formasını geyib. 1972-ci ildə debüt etdiyi İtaliya millisinin heyətində 5 il ərzində 32 matça çıxıb və 8 qol vurub.

1987-ci ildən etibarən “Milan” klubunda məşqçi kimi fəaliyyətə başlayıb. 1991-ci ildən ilk dəfə “Milan”ın baş məşqçisi olan Kapello daha sonra “Real”, “Roma”, “Yuventus” və İngiltərə millilərini də çalışdırıb. Stadium.az Kapellonun karyerasındakı ən maraqlı anları və fotoları təqdim edir.

* Kapello futbolçu kimi karyerasının ən parlaq dövrünü “Yuventus”da keçirib. O turinlilərin heyətində 3 dəfə skudettonu qazanıb. “Milan”da isə gələcəyin məşhur məşqçisinin qazancı 1 skudetto və 1 ölkə kuboku olub.

* 1994-cu ildə Kapello karyerasında ilk dəfə Çempionlar Liqasının kubokunu qazandı. Kapellonun çaçışdırdığı “Milan” finalda “Barselona”nı darmadağın etdi - 4:0.

* 1996-cı ilin payızı. “Milan” onun rəhbərbərliyi altında 5 ildə 4-cü skudettonu qazandı.

* 1999-cu ilin yayında o “Roma”nın başına keçdi.

* 2000-cı ilin payızında Kapello UEFA-nın təşkil etdiyi seminarda Sven-Qoran Erikssonla görüşür. Həmin vaxt onlardan heç biri bilmirdi ki, hər ikisi İngiltərə millisini çalışdıracaqlar.

* 2000/01 mövsümündə Kapello “Roma”nı çempionluğa daşıdı.

* “Roma”dan sonra Kapello “Yuventus”u çalışdırdı.

* 2006-cı il. Kapello növbəti dəfə skudettonu qazandı. Lakin o bilmirdi ki, bir müddətdən sonra həmin titul “Yuventus”un əlindən alınacaq.

* 2006-cı ilin yayında Kapello ikinci dəfə “Real”a baş məşqçi təyin olunur.

* Tarix yenə də təkrarlandı. Kapello ikinci gəlişində də Madrid klubu ilə ölkə çempionu oldu və dərhal postunu tərk etdi.

* Həmin vaxt Kapellolu “Real”ın oyun stili rəhbərliyi qane etməmişdi.

* Amma bu dəfə “Real”dan ayrıldıqdan sonra Kapello İtaliyaya üz tutmadı. O karyerasında ilk dəfə olaraq milli komandada - İngiltərə yığmasında çalışdı.

* İngiltərə millisinin baş məşqçisi kimi Kapello ilk oyununu İsveçrə millisinə qarşı keçirdi. Həmin vaxt Kapello İngiltərə millisinin sonuncu iş yeri olacağını deyirdi. O vaxt italyan məşqçinin ağlına da gəlməzdi ki, bir neçə il keçəcək və o Rusiya millisinin çalışdıracaq.

* 2010-cu ildə keçirilən dünya çempionatında Terri ilk dəfə millinin kapitan sarğısından mərhrum oldu. Bundan dərhal sonra isə Kapellonun iş metodunu xeyli tənqid etdi. Kapello özü isə Terrinin çıxışına qısaca belə cavab verdi: “O çox böyük səhv etdi”.

* Kapellolu İngiltərə millisi CAR-dakı çıxışını 1/8 finalda başa vurdu. Amma bu Kapellonun işindən ayrılmasına səbəb olmadı.

* Avro-2012-nin seçmə mərhələsində Çernoqoriyaya qarşı keçirilən matç Kapellonun İngiltərə millisində son oyunu oldu.

* Kapello hələ bir müddət əvvəl Rusiyada olub. O həyat yoldaşı Laura ilə birgə “Böyük teatr”da Çaykovskinin “Yatmış gözəl” baletinə tamaşa edib.  

* Növbəti dəfə işinə müdaxilə və Terrinin kapitan sarğısından məhrum olmasından sonra bu ilin fevralında O İngiltərə millisinin baş məşqçisi postundan ayrıldı.

* Dünən isə Kapellonon Rusiya millisinə başçılıq edəcəyi rəsmən açıqlandı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail