Saşa Stamenkoviç: “Ötən illə müqayisədə işimiz xeyli asan olmalıdı”

17.07.2012 | 6227 dəfə oxunub


Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Gürcüstan çempionu “Zestafoni”ni qəbul edəcək “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Serbiya mətbuatına müsahibə verib.

- “Neftçi”nin Çempionlar Liqasındakı iddiası nədən ibarətdir?

- Ötən mövsüm Çempionlar Liqasının Xorvatiya “Dinamo”su ilə oyundan cəmi 20 gün öncə yeni klubuma gəlmişdim. O vaxtı səfərdə 0:3 hesabı ilə uduzub, evdəki qolsuz heç-heçədən sonra mübarizəni dayandırdıq. Bu il isə işimiz xeyli asan olmalıdır.

- Bunu nə ilə izah edirsiz?

- Çünki rəqib Zaqreb təmsilçisi ilə müqayisədə zəif komandadır.

- Düşünmürsüz ki, “Neftçi”yə getməklə yığmaya düşmək perspektivinizin üstündən xətt çəkdiz?

- Pekin Olimpiadasında hər 3 oyunda Vladimir Stoykoviçin əvəzləyicisi idim. Lakin o vaxtdan bir daha milli məşqçilərindən heç biri mənə etimad göstərmədi.

- Yeni baş məşqçi Sinişa Mixayloviçdən dəvət alacağınızı gözləyirsizmi?

- Təxminən 10 il Serbiyada çıxış etdim. Yalnız 1 dəfə milli komandada oynamaq imkanı qazandım. Onda yığmanın məşqçisi və idman direktoru Nenad Sakiç idi. İndi o Mixayloviçin köməkçisidir. Yeganə ümidim bu amilədir. Sakiç və qapıçılarla işləyən qapıçı Aleksandr Koşiç Mixayloviçi mənim haqqımda məlumatlandıra bilər. Düzdür, Serbiyada başqa yaxşı qapıçılar da var, amma mən onlardan zəif deyiləm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail