Sakis Tsiolis: “İnter”lə bizi ağır oyun gözləyir”
Avroliqanın ikinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis öz ölkəsinin mətbuatına müsahibə verib.
-
“İnter”lə oyuna hazırlığı başa vurub, Azərbaycana yollanırsınız. Komanda səfər
matçına nə dərəcədə hazırdır?
- Bu, bizim üçün çətin sınaq olacaq. “İnter” yaxşı
komandadır və bizi ağır oyun gözləyir. Bu müddətdə komandamızı lazımı dərəcədə
hazırladıq. Rəhbərlik komandanın təşkilatlanması üçün hər şey edib. Bizə ən
yaxşı şəkildə şərait yaratdılar. Karpenisidəki idman mərkəzində hazırlaşdıq.
Ora komandanın sürətli və ən yaxşı şəkildə hazırlığı üçün bütün tələblərə cavab
verir.
-
Komandadakı çatışmazlıq hansıdır?
- Çatışmazlıq odur ki, oyunlar keçirsək də, komanda
ritmini tuta bilmədik. Ancaq mərc gəlirəm ki, “İnter”ə qarşı 2 oyunda ötən ilki
komandamız olacaq. Hesab edirəm ki, futbolçularımız oyuna köklənərək, yaxşı
çıxış edəcəklər. Biz çətinliklərdən qaçmaq istəyirik. Çempionatda ilk oyuna
daha yaxşı hazırlıqlı olmağa çalışacağıq.
-
Superliqanın növbəti mövsümündən nə gözləyirsiniz?
- Nə qədər çətin olsa da, biz ötən mövsümdə
Avroliqaya vəsiqə qazana bildik. Əsas rəqiblərimiz “Olimpiakos”,
“Panatinaikos”, AEK, PAOK-dur. Bu, həqiqətən çətin çempionatdır. Yaxşı start
vacib rol oynayır. Komanda çempionata yaxşı başlamaqla, yaxşı atmosfer və gələcək
üçün yaxşı şərait yaranır. Biz çətinliklərdən qaçmaq istəyirik. Çempionatda ilk
oyunumuza qədər daha yaxşı hazırlıqlı olmağa çalışacağıq.
-
Yığmamızın Avropa çempionatında uğurlu çıxışı haqda nə deyə bilərsiniz?
- Gənclərimizin çıxışı göstərir ki, Yunanıstanda
çoxlu yaxşı material var. Yığmada yer alan futbolçularımızdan Dimitris
Kurvelislə Anastasios Bakasetas ötən il komandamızda oyun praktikası qazanaraq,
yerlərini tutdular. İnanmaq istərdim və ümid edirəm ki, bu il onlar üçün daha məzmunlu
olacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |