Anar Salmanov Lüksemburqda sensasiyaya şahid oldu

18.07.2012 | 4810 dəfə oxunub

Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan “Dudelanj” (Lüksemburq) – “Zalsburq” (Avstriya) görüşünü azərbaycanlı hakimlər idarə edib. Stadium.az xəbər verir ki, matçın baş hakimi FİFA referimiz Anar Salmanov olub. Ona Mehman Mahmudovla Zeynal Zeynalov kömək ediblər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Əliyar Ağayev yerinə yetirib. Qarşılaşma gözlənilmədən 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Anar Salmanov bu matçda 6 dəfə əlini cibinə salıb. O 2 dəfə meydan sahibləri, 4 dəfə isə qonaqları cəzalandırıb. Referimiz həmçinin “Zalsburq”un üzvü Jonathan Sorianoya qırmızı vərəqə də göstərib. Anar Salmanov 2012/13 mövsümündə Çempionlar Liqasının ikinci, qonaq komandanın futbolçusuna isə ilk qırmızı vərəqəni göstərib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail