Fatih Kavlak: “Bu oyunlarda ideal 11-liyimizi formalaşdıracağıq”

18.07.2012 | 4448 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Sloveniyada baş tutan ikinci yoxlama oyunundan - Serbiya  təmsilçisi FK “İndiya” ilə (0:2) qarşılaşmadan sonra fikirlərini klubun rəsmi internet saytı ilə bölüşüb. Stadium.az xəbər verir ki, türkiyəli mütəxəssis belə matçların taktiki-texniki səhvləri görmək baxımından önəm kəsb etdiyini söyləyib: “Yeni mövsüm öncəsi ikinci hazırlıq matçımızı oynadıq. Gərgin və maraqlı oyun oldu. Hər hissədə fərqli komandalarla meydançaya çıxdıq. Bu cür oyunlar taktiki-texniki səhvləri görmək baxımından çox önəmlidir. Sürətli bir komandaya qarşı yüksək tempdə mübarizə apardıq. Təbii ki səhvlərimiz oldu. Bu səhvlərimizi aradan qaldıracağıq. Hər şey planlaşdırdığımız kimi gedir”.

Baş məşqçi qarşıdakı yoxlama oyunlarında sabit heyətlə meydançaya çıxacaqlarını bildirib:

“Qarşıda daha 4 oyunumuz var. Bu oyunlarda ideal 11-liyimizi formalaşdıracağıq. Arxada qoyduğumuz iki oyun fiziki və taktiki baxımdan keçid oyunları idi. Artıq növbəti matçlarda meydançaya çıxan futbolçular 90, 80, 70 dəqiqə mübarizə aparacaqlar. Getdikcə matçları bir neçə əvəzetmə ilə tamamlayacağıq. Bu özünü qarşılaşmaların nəticələrində də göstərəcək. Hazırda məqsədimiz futbolçular arasında anlaşmanı, uyumu təmin etmək, möhkəmləndirməkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail