“Lex”in baş məşqçisi: “Xəzər Lənkəran”ın lideri Kamran Ağayevdi”

18.07.2012 | 3903 dəfə oxunub

Sabah Avroliqanın ikinci mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq Polşanın “Lex” klubunun baş məşqçisi Mariusz Rumak təmsilçimizlə oyun haqda danışıb. Stadium.az xəbər verir ki, polşalı mütəxəssis “Xəzər Lənkəran” haqda kifayət qədər məlumata malik olduqlarını bildirib: “Qazaxıstanın "Jetısu" klubuna nisbətən "Xəzər Lənkəran" haqda kifayət qədər məlumat əldə etmişik. "Xəzər Lənkəran"ın Estoniyanın "Nomme Kalyu" klubu ilə hər iki oyununu məşqçimiz Yaçek Terpilovski izləyib. Məhz onun sayəsində rəqibimizi yaxşı analiz etmişik. “Xəzər Lənkəran”ın 8 oyununun videoyazısı əldə etmişik”.

M.Rumak “Xəzər LƏnkəran”ın heyətində 2 futbolçunu fərqləndirib: “Onların heyətində yerli və səviyyəli legionerlər çıxış edir. Rəqibin heyətində əsas futbolçu və lider onların qapıçısıdır. Meydanda isə rumıniyalı futbolçu Adrian Piti qeyd edə bilərəm. “Roma”nın keçmiş futbolçusu sol ayağını çox yaxşı işlədir. Ona görə də Pitə qarşı diqqətli oynamalıyıq”.

35 yaşlı məşqçi yolun uzaqlığından gileylənib: “Bakı hava limanında enib, daha sonra maşınla Lənkərana 300 km məsafə qət etməliyik. Təbii ki, bu da çox yorucu olur. Ümid edirəm ki, Azərbaycanda yollar Qazaxıstana nisbətən daha yaxşı vəziyyətdədi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail