Türkiyəli futbolçunun meneceri: “Müştərim “Milan”da oynamağı arzulayır”

18.07.2012 | 3897 dəfə oxunub

Almaniyanın “Ştudqart” klubunun üzvü, Türkiyəəsilli Sərdar Taşçının meneceri Françesko Di Frisko maraqlı açıqlamalar verib. Stadium.az xəbər verir ki, italyan menecer müştərisinin tezliklə “Milan”da peyda ola biləcəyini söyləyib: “Sərdar “Milan”ı çox bəyənir. O hələ uşaq yaşlarından bu klubda çıxış etməyi arzulayırdı. Bu gün Sərdarın cəmi 25 yaşı var. Amma o artıq “Ştudqart”ın kapitanıdır və bu komandanın heyətində bundesliqada 200-dən, Çempionlar Liqasında isə 15-dən artıq matç keçirib. Bugünkü gündə bu yaşda belə təcrübəli müdafiəçi tapmaq heç də asan deyil. Şübhəsiz, “Ştuqdart” öz kapitanını buraxmaq istəməyəcək. Amma qarşı tərəf “Ştudqart”ın transferə görə tələb etdiyi məbləği ödəməyə hazır olsa, Taşçını Almaniyada saxlamaq mümkün olmayacaq. Onunla bir çox klublar maraqlanır. Həmin klubların arasında “Barselona”, “Mançestr Siti” və “Tottenhem” də var”.

Qeyd edək ki, “Milan” Tiaqo Silvanın gedişindən sonra mərkəz müdafiəçisi axtarışına çıxıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail