Yunis Hüseynov: “Sabahkı oyunda məni ancaq qələbə razı salacaq”

18.07.2012 | 5552 dəfə oxunub


Sabah Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında Polşanın “Lex” klubunu qəbul edəcək “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bu gün oyunqabağı mətbuat konfransı keçirib.

- “Lex”lə oyuna qarşı hazırlıq necə keçir?

- Komanda yaxşı hazırlıq keçib, futbolçulardan razıyam. Düşərgədə yüksək ab-hava var.

- Yəqin ki, “Lex”in oyunlarını izləmisiniz.

- Təbii ki onların oyunlarına baxmışam. “Lex”in güclü və zəif yerlərini bilirik.

- Rəqibin zəif və güclü cəhətləri hansıdır?

- Onu indi deməyəcəm. Bu haqda futbolçularla söhbətim olub. Məndə mərhələ keçməyə inam var. İnşallah, sabah yaxşı nəticə qazanarıq.

- Yeni futbolçu transfer etmək mümkün olmadı?

- 3 futbolçu ilə danışdıq. Amma son anda razılaşmadıq. Transfer çalışmalarımız davam edir, hər gün danışırıq. Elə futbolçu var ki, klubu ilə müqaviləsi davam edir. Siz də bilirsiz ki, bizə futbolçu lazımdı. Bu istiqamətdə işlər davam edir.

- Əksər hallarda qalib heyəti dəyişmirlər. Yəqin ki, sabahkı oyunun start heyəti artıq sizin üçün məlumdur.

- Yox, hələlik ilk dəqiqələrdən kimi meydana buraxacağım bəlli deyil. Bunu sabah oyundan əvvəl müəyyənləşdirəcəm.

- “Lex”ə qarşı necə oynamağı planlaşdırırsınız?

- Hər halda, “Lex” “Nomme Kalyu” deyil. Bu dəfəki rəqibimiz güclüdür və buna uyğun taktika quracağıq.

- Sabahkı qarşılaşmada sizi hansı nəticə razı salacaq?

- Ancaq qələbə. Bütün məşqçilər kimi, məni də qələbə qane edəcək. Sabah qol buraxmamalıyıq. Əgər mərhələ keçmək istəyiriksə, qol buraxmamalıyıq

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail