“Asteras”ın baş məşqçisi: “Bakıya uduzmaq üçün gəlməmişik”

18.07.2012 | 6460 dəfə oxunub

Sabah Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “İnter”in qonağı olacaq Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis bu gün oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az yunan mütəxəssisin açıqlamalarını təqdim edir:

* Sabah bizi ağır oyun gözləyir. “İnter” güclü komandadı. Onlar güclü rəqiblərə qarşı oynamağı bacarırlar. Bakılılar həm də əla cinah hücumları qura bilirlər.

* “İnter”dən fərqli olaraq biz avrokuboklarda debütantıq. Qitə miqyaslı yarışlarda heç bir təcrübəmiz yoxdu. Amma mümkün qədər yaxşı oynamağa çalışacağıq.

* Bakıya məğlub olmağa gəlməmişik.

* “İnter” kifayət qədər sürətli komandadı. Amma biz də Bakıya qələbə üçün gəlmişik. Layiqli oyun sərgiləmək istəyirik.

* Fikrimcə, səfər matçında heç-heçə də pis nəticə olmazdı.

* “İnter”in heyətində daha çox Slavço Georgiyevskinin oyunu xoşuma gəlir.

* Stadionun ot örtüyünün süni olması bizə problem yarada bilər. Çünki futbolçularımız süni örtükdə oynamağa o qədər də öyrəncəli deyillər.  

* Heyətlə bağlı bir problemimiz var. Müdafiəçi Xristos Pipenas Azərbaycana gələ bilmədi. Onun bizimlə yola çıxmasına hərbi xidmətlə bağlı yaranan problem səbəb oldu. Amma oyun saatına qədər Pipenasın da Bakıya gəlməsini gözləyirik. Sadəcə, onun oynayıb-oynamayacağı hələ dəqiq bilinmir.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail