Hayns Barnettler: “İnter”in iddiası və maliyyə şərtləri seçimimdə həlledici oldu”
“İnter”in yeni transferi Hayns Barnettler İsveçrə mətbuatına müsahibə verib.
- Sizi
Bakıda necə qarşılandılar?
- Çox isti qarşıladılar. Mən gəldiyim gündən işimə
peşəkar yanaşacağam. Əvvəl tibbi müayinədən keçdim, sonra müqavilə imzaladım.
-
İsveçrəni tərk etməyinizin bir qədər gözlənilməz oldu.
- Müqaviləm başa çatanda agentim mənə Azərbaycanda
oynamağı məsləhət gördü.
- Bunu
eşidəndə reaksiyanız necə oldu?
- Çox təəccübləndim. Təklifi qəbul etməzdən əvvəl
çox tərəddüd edirdim. Lakin “İnter” və Bakı şəhəri haqda məlumat toplayandan
sonra qərarımı verdim. Klubda görülən işləri biləndə bədbinliyim arxada qaldı.
-
Ətrafınızdakılar bunu necə qarşıladı?
- Onlar da bədbin idi. Lakin artıq bu keçib.
-
Artıq Bakı ilə tanış olmusunuz. Şəhəri necə təsvir edə bilərsiniz?
- Bakını Dubay ilə müqayisə etmək olar. Dənizin kənarında
çox əla iqlim var. Çox təəccübləndim. Klub çox peşəkar idarə olunur. Stadionda
da təmir işləri aparılır ki, arena 1 aya hazır vəziyyətdə olacaq.
- Azərbaycan
çempionatında nəyə ümid edirsiniz?
- “İnter” ötən mövsümü 3-cü yerdə bitirib. 2012/13
mövsümündə çempion olmağa iddialıdır. Premyer Liqa avqustun 4-də start götürür.
Bununla yanaşı Avropa Liqasında çıxış edən komanda qrup mərhələsinə düşməyə
iddialıdır. Bu iddianın özü çox şeydən xəbər verir.
-
“İnter”də debütünüz nə vaxtdır?
- Artıq bu gün Yunanıstan “Asteras”ı ilə oyunumuz
var. Amma çətin ki, ilk qarşılaşmada meydana çıxım. Çünki komandanın düşərgəsinə
yeni qoşulmuşam. Nə vaxt oynayacağımı isə bilmirəm.
- Azərbaycana
yollanmaqla diqqətdən kənar düşəcəyinizdən qorxmursuz ki?
- Əksinə, “İnter”ə keçidim mənim inkişafıma xidmət
edəcək. Baş məşqçimiz gürcüstanlı Kaxaber Sxadadze vaxtilə “Ayntraxt”,
“Mançester Siti”, “Spartak”, “Dinamo” kimi klublarda oynayıb. Onun rəhbərliyi
altında çıxış etməklə yeni uğurlara nail olacağam.
-
“İnter”i seçərkən başqa klublardan təkliflər var idi?
- Var idi. Lakin mənim üçün komandanın iddiaları və
maliyyə şərtləri həlledici oldu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |