“Tottenhem”in üzvü futbolçu karyerasına son qoydu

19.07.2012 | 4700 dəfə oxunub


“Tottenhem” klubunun müdafiəçisi Ledli Kinq karyerasını başa vurduğunu açıqlayıb. Stadium.az xəbər verir ki, son vaxtlar sol dizindəki xroniki zədədən əziyyət çəkən təcrübəli müdafiəçi karyerasına birdəfəlik son qoymağı qərara alıb. Bir müddət əvvəl yenidən əməliyyat olunan Kinqin yaşıl meydanlara qayıdacağı gözlənilsə də, bu, baş verməyib. 33 yaşlı futbolçu gedişi haqda bunları deyib: “Klubun bütün əməkdaşlarına və azarkeşlərə öz təşəkkürümü bildirirəm. Son illər tez-tez zədələnirdim və bu səbəbdən də oyunların bir çoxunda iştirak edə bilmirdim. Buna baxmayaraq, onlar çətin günlərimdə dəstəklərini məndən əsirgəmədilər. “Tottenhem”də həyatımın 17 ilini keçirdim. Klub mənim ikinci evimə çevrildi. Çox şadam ki, futbolçu karyeramı bitirdikdən sonra da klubdakı fəaliyyətimi davam etdirəcəyəm”.

Xatırladaq ki, Kinq karyerası ərzində yalnız “Tottenhem”in şərəfini qoruyub və 2008-ci ildə londonlularəın heyətində Liqa Kubokunu qazanıb. O “Tottenhem”də keçirdiyi 242 matçda 10 qol vurub. 2002-ci ildən 2010-cu ilədək çıxış etdiyi İngiltərə millisinin heyətində 20 matça çıxan Kinq 2 dəfə fərqlənib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail