“Lex”in baş məşqçisi: “Bu gün “Xəzər Lənkəran”ın bəxti gətirdi”

19.07.2012 | 4132 dəfə oxunub

Bu gün Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la bərabərə qalan (1:1) Polşanın “Lex” klubunun baş məşqçisi Mariusz Rumak oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Stadium.az xəbər verir ki, poznanlıların çalışdırıcısı qarşılaşma ilə bağlı bunları deyib:

* Oyunun belə çətin keçəcəyini gözləyirdik. “Xəzər Lənkəran” güclü komandadır.

* Təkrar qarşılaşma çox ağır olacaq.

* Həmkarım növbəti mərhələyə vəsiqə qazanacağından əminliyini söylədi. Bu, onun şəxsi fikridir. Mən isə düşünürəm ki, hər iki komanda üçün cavab matçı çox ağır olacaq.

* Statistikaya baxsaq, görərik ki, rəqibin bəxti gətirdi.

* Bizim real qol epizodlarımız daha çox oldu.

* "Lex"in hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır.

* Bizim azarkeşlərimiz Avropada sayılıb-seçilən fanatlardır. Zənnimcə, cavab qarşılaşmasında Lənkəran stadionundan iki dəfə çox azarkeş ordusu bizi dəstəkləyəcək.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail