Dodo: “Klub rəhbərliyi arxamızdadır”

20.07.2012 | 4958 dəfə oxunub

“Qəbələ” dedikdə ilk ağla gələn futbolçulardan biri də Dodo olur. Meydançada və meydançadan kənardakı hərəkətləri ilə bütün “Qəbələ”sevərlərin məhəbbətini qazanan braziliyalı Sloveniyada baş tutan təlim-məşq prosesi zamanı zədə ucbatından qısa müddətlik meydançadan kənar qalsa da, yenidən işinin başına qayıdıb. Hər zaman çılğın və simpatik hərəkətləri ilə komandaya müsbət enerji verən Dodo gabalafc.az-la söhbət zamanı da öz səmimiyyəti və rahatlığı ilə diqqət çəkdi.

 

- Bir neçə gün zədəyə görə məşqlərdən kənar qaldın. İndi özünü necə hiss edirsən?

- Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Qısa fasilədən sonra yenidən komandaya qayıtmaq, meydançaya çıxmaq sevindiricidir. Buradakı atmosfer psixoloji cəhətdən də mənə müsbət təsir edir. Bir sözlə hər şey əladır.

- Qısa müddət də olsa meydançadan kənar qalmaq, komandanı kənardan izləmək sənə necə təsir edirdi?

- Futbol mənim üçün sadəcə iş deyil, futbol həyat tərzimdir. Ona görə futboldan az müddət də olsa kənar qalmaq mənə ağır gəlir. Məşq etməyi, çalışmağı sevirəm. Komandadan kənar qalmaq çox çətin və sıxıcı idi. Yaxşı başa düşürəm ki, məşqlərə ara vermək futbolçuya, nəticədə isə komandaya mənfi təsir göstərir. Artıq məşqlərə başlamışam. Bu mənim üçün yenidən doğulmaq kimidir.

- Qarşıda “Qəbələ”ni çətin marafon gözləyir. Özünü fiziki və psixoloji cəhətdən çempionata hazır hesab edirsən?

- Çempionatın bitməsindən sonra məşqlərə bir aydan artıq ara verməyimə baxmayaraq, fiziki baxımdan yaxşı durumdayam. Bütün fiziki testlərdən də uğurla keçmişəm. O ki qaldı psixoloji duruma özümü çox rahat hiss edirəm. Klub rəhbərliyi arxamızdadır, daim bizi diqqət mərkəzində saxlayırlar, problemlərimizlə maraqlanırlar, bizi darıxmağa, sıxılmağa qoymurlar. Ailəmdə də vəziyyət yaxşı olduğuna görə bütün diqqətimi futbola yönəltmişəm.

- Hazırlıq prosesi necə gedir? Fikrincə komanda çempionatın startına kimi tam hazır olacaq?

- Hazırlıq prosesi yüksək tempdə davam edir. Kollektivdə yüksək əhval-ruhiyyə hökm sürür. Gündəlik məşqlərimizi izləyərək bunun şahidi ola bilərsiniz. Hər gün biraz daha müsbətə doğru irəliləyiş olur. Artıq Sloveniyada iki yoxlama oyununda gücümüzü sınamışıq. Düzdür, hər iki oyunda məğlub olduq. Amma indiki vəziyyətdə belə nəticələri normal saymaq olar. Komandada yeni futbolçular var və onların heyətə uyğunlaşması üçün müəyyən zamanın keçməsi mütləqdir. Əminəm ki, çempionatın startına kimi istədiyimiz hazırlıq səviyyəsini yaxalayacağıq.

- Arxada qoyduğumuz mövsümdə komandanın liderlərindən idin. Səncə növbəti futbol ilində də komandanı arxanca apara biləcəksənmi?

- Futbol komanda oyunudur. Əgər keçən il hər hansı uğurum olubsa, bunu kollektivə görə qazanmışam. Oyunumun yaxşı alınmasında hər bir futbolçunun, məşqçilər korpusunun əməyi var. İnanıram ki, növbəti mövsümdə gücümüzü ortaya qoyub istədiyimiz nəticələri qazanacağıq. Mən bunun üçün əlimdən gələnin 100 faizini ortaya qoyacam.

- Komandaya bir neçə yeni futbolçu cəlb olundu. Fikrincə yeni transferlər komandaya hədəflərinə çatmaqda yardımçı ola biləcəkmi?

 - Buna şübhəm yoxdur. Yeni transferlər komandadakı boşluqları doldurdular. Xüsusən müdafiə xəttimiz çox gücləndi. Qalır bircə komplektləşmək. Hamılıqla çalışıb bu missiyanın da  öhdəsindən layiqincə gələcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail