“Neftçi”nin potensial rəqibini yaxından tanıyaq. “Jlina”

20.07.2012 | 5417 dəfə oxunub



Bu gün  Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Stadium.az xəbər verir ki, püşkün nəticəsinə əsasən çempionumuz "Neftçi" ikinci mərhələdə “Zestafoni”ni keçəcəyi halda, növbəti turda “Jlina” (Slovakiya) - “Hapoel” (Kiryat Şimon, İsrail) cütünün qalibi ilə görüşəcək. Komandalar arasında Slovakiyada baş tutan ilk matçda “Jlina” 1:0 hesabı ilə qalib gəlib. “Neftçi”nin potensial rəqibini daha yaxından təqdim edirik.

“Jlina” (Slovakiya)

“Jlina” klubu Slovakiyanın eyniadlı şəhərini təmsil edir. Klubun əsası 1908-ci ildə qoyulub. 1 il sonra iyunun 20-dən komanda rəsmi olaraq qeydiyyatdan keçib. Klubun ləqəbi “sosonilər” və “sarı-yaşıllar”dı. Komanda ev oyunlarını doöma şəhərindəki “Stadion pod Dubnom”da keçirir. 1941-ci ildə əsası qoyulan arena UEFA tərəfindən 3 ulduza layiq görülüb. Uzunluğu 105, eni isə 68 metr olan stadionunun tamaşaçı tututmu 11200-dü. “Jlina”nın sahibi Jozef Antosik, baş məşqçisi isə Frans Adelaardı. Holland mütəxəssis 2012-ci ildən “Jlina”ya başçılıq edir. Slovakiya müstəqillik qazandıqdan sonra “Jlina” 6 dəfə (2001-02, 2002-03, 2003-04, 2006-07, 2009-10, 2011-12) ölkə çempionu olub. Bu il tarixində ilk dəfə ölkə kubokuna yiyələnə jlinalılar 4 dəfə də ölkə superkubokunun qalibi olub. “Jlina”Nın aktivində həmçinin 1928 və 1929-cu illərdə qazanılan ölkə çempionluğu da var. “Jlina” avrokuboklarda ən böyük uğurunu 1963-cü ildə qazanıb. Həmin vaxt slovakiyalılar artıq tarixin yaddaşına köçmüş Kuboklar Kubokunda 1/4 finaladək irəıliləməyi bacarıb. Hazırda “Jlina” UEFA-nın klublar reytinqində 114-cü yeri tutur. 2010-cu ildə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Jlina”nın ötənilki avropa macərası uğursuz alınıb. Slovakiya təmsilçisi ötən il mübarizəyə Avroliqanın ikinci mərhələsindən qoşulub və startdaca İslandiyanın “Reykyavik” klubuna uduzub 2:0 – 0:3. 2005-ci ildə “Bakı” ilə UEFA kubokunun ilk mərhələsində görüşən “Jlina” təmsilçimizi mübarizədən kənarlaşdırmağı bacarıb - 0:1 və 3:1.

“Jlina”nın bu mövsüm Çempionlar Liqasında UEFA-ya təqdim etdiyi iştirak ərizəsi:

Qapıçılar: 22.Martin Krnáč, 26.František Plach, 30.Martin Dúbravka, 44.Dominik Holec, 89.Patrik Le Giang

Müdafiəçilər: 2.Stanislav Angelovič, 5.Serge Akakpo, 7.Vladimír Leitner, 15. Jozef Piaček, 19.Ali Ceesay, 45.Ernest Mabouka, 77.Ricardo Nunes

Yarımmüdafiəçilər: 3.Milan Škriniar, 6.Miroslav Káčer, 9.Roman Gergel, 11.Miroslav Barčík, 12.Viktor Pečovský, 20.Peter Šulek, 23.Jaroslav Mihalík, 29.Jakub Paur

Hücumçular: 10.Tomáš Majtán, 14.Ján Novák, 17.Róbert Pich, 18.Momodou Ceesay, 21.Guima , 24.Jean Deza, 28.Babatounde Bello

Slovakiya çempionu “Hapoel”ə qarşı ilk matçını isə bu heyətlə keçirib:

30.Martin Dúbravka, 7.Vladimír Leitner, 11.Miroslav Barčík (c)(2.Stanislav Angelovič 90+2),12.Viktor Pečovský, 15.Jozef Piaček, 17.Róbert Pich, 18.Momodou Ceesay (24.Jean Deza 70), 20.Peter Šulek, 21.Guima (10.Tomáš Majtán 58), 45.Ernest Mabouka, 77.Ricardo Nunes

Qeyd edək ki, “Hapoel”lə matçda “Jlina”ya qələbə gətirən yeganə qolu matçın sonuna 8 dəqiqə qalmış müdafiəçi Piacek vurub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail