“Neftçi”nin potensial rəqibini yaxından tanıyaq. “Hapoel”

20.07.2012 | 6819 dəfə oxunub


Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Stadium.az xəbər verir ki, püşkün nəticəsinə əsasən çempionumuz “Neftçi” ikinci mərhələdə “Zestafoni”ni keçəcəyi halda növbəti turda “Jlina” (Slovakiya) - “Hapoel” (Kiryat Şimon, İsrail) cütünün qalibi ilə görüşəcək. Komandalar arasında Slovakiyada baş tutan ilk matçda “Jlina” 1:0 hesabı ilə qalib gəlib. “Neftçi”nin potensial rəqibini daha yaxından təqdim edirik.

“Hapoel “(Kiryat Şimon)

Komandanın əsası 2000-ci ildə qoyulub. Komanda ev oyunlarını təmsil etdiyi Kiryat Şimon şəhərindəki “Municipal Stadium”da keçirir. Lakin əsası 1989-cu ildə qoyulan və 5300 tamaşaçı tutumuna malik olan arena UEFA-nın standartlarına cavab vermir. Bu səbəbdən də “Hapoel” avrokuboklarda ev oyunlarını Hayfadakı “İtztadion Kiryat Eliezer”də keçirəcək. Klubun sahibi İzzy Sheratzky, baş məşqçisi isə yerli mütəxəssis Gili Landaudu. Son mövsüm komanda tarixində ilk dəfə olaraq ölkə çempionu adını qazanıb. Bu mövsüm İsrail təmsilçisi tarixində ikinci dəfə avrokuboklara qatılır. İlk dəfə 2008-ci ildə UEFA kubokunda iştirak edən “Hapoel” ilk mərhələdə Çernoqoriyanın “Moqren” klubundan güclü olub - 1:1 və 3:0. Lakin ikinci mərhələdə Bolqarıstan “Liteks”i israillilərin qarşısını kəsib - 0:0; 1:2.

“Hapoel” cari mövsümdə Çempionlar Liqasında iştirak ərizəsinə 25 futbolçunun adını daxil edib.

Qapıçılar: 1.Rom David Iluz, 13.Daniel Amos, 45.Itamar Nitzan

Müdafiəçilər: 3.Mekonent Yazo, 4.Ben Vahaba, 5.Shir Tzedek, 15.El'ad Gabai, 17.Sali Hassarmi, 20.Lior Levi, 21.Elsan Tibi, 81.Dušan Matović

Yarımmüdafiəçilər: 6.Ravid Gazal, 8. Ehud Maaravi, 12.Beni Ben Zaken, 14.Wael Mresat, 18.Bryan Gerzicich, 22.Darko Tasevski, 23.Adrian Rochet

Hücumçular: 7.Ahmed Abed, 9.Yoel Czehanovicz, 10.Barak Badash, 16. Adi Elisha, 19.Shimon Abihazira, 24.David Solari, 25.Ofir Mizrachi

Komanda “Jlina”ya qarşı ilk oyunda isə meydanda bu heyətlə mübarizə aparıb:

13.Daniel Amos, 5.Shir Tzedek, 10.Barak Badash (7.Ahmed Abed 77), 15.El'ad Gabai, 17.Sali Hassarmi, 18.Bryan Gerzicich, 19.Shimon Abihazira , 22.Darko Tasevski (6.Ravid Gazal 82), 23.Adrian Rochet, 24.David Solari (14.Wael Mresat 90+1), 81.Dušan Matović



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail